Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:24 (GMT +4)

Bakı, 17 iyul, SalamNews.Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazisində arıçılığın inkişafına dəstək məqsədilə sahibkarlarla görüş keçirilib.

SalamNews-un xəbər verir ki, görüşdə Nazirliyin əməkdaşları, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak iştirak edib.

Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olması, arıların meşədə saxlanılmasının təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün əhəmiyyəti barədə çıxışlar edilib, sahibkarların təklifləri dinlənilib.

Görüşdə ölkədə arıçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyi, dövlət meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində arıların qidalanması üçün zəngin bitki örtüyünün olduğu nəzərə alınaraq, heç bir ödəniş olunmadan, müvafiq qeydiyyatdan keçməklə arı ailələrinin yerləşdirilməsi barədə qarşılıqlı razılığa gəlinib.

Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib ki, Nazirlik arıçılığın inkişafına dəstək verir: "Biz arıçılığın inkişafında maraqlıyıq. Bunun üçün bütün bölgələrdə şərait var. Azərbaycanda arıçılığın inkişafı üçün meşə örtüyü kifayət qədərdir. Arıçılar həmin meşə sahələrində arılarını saxlaya, yerdəyişmə apara bilərlər. Təbii ki, yerdəyişmə zamanı meşə ərazilərinə ziyan vurulmamalıdır. Bunun üçün heç bir ödəniş nəzərdə tutulmur. Arıçılıq fəaliyyəti ilə bağlı meşə ərazilərində heç bir məhdudiyyət yoxdur. Meşə Fondu sahələrində aqrobağlar salınır. Hazırda, ümumilikdə ölkə üzrə 5 mindən artıq hektar ərazidə meyvə bağları salınıb. Sahibkarlar həmin sahələrdən istifadə edə bilərlər. Bu ilin payızında da 10 min hektar aqrobağın salınması nəzərdə tutulur”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak qeyd edib ki, arıçılıq sahəsində məhsuldarlıq artırılmalıdır: “Arıçılığın inkişafı ilə bağlı stategiya olmalıdır. FAO bu sahənin inkişaf etdirilməsi üçün dəstək verməyə hazırdır”.

Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov isə deyib ki, meşə salınarkən nektar və çiçək tozu verən ağaclara daha çox üstünlük vermək lazımdır: “Demirik şam və digər ağaclar əkilməsin. Sadəcə, üstünlüyü çiçək tozu verən ağaclara vermək lazımdır. Biz meşələrin salınmasında, qorunmasında birlikdə çalışmalıyıq. Çalışırıq ki, bal potensialı artsın. Ölkənin balla təmin edilməsi ilə yanaşı, ixrac da etməliyik”.

B.Həsrətov bildirib ki, Azərbaycanda 500 mindən çox arı ailəsi var: “Bu, son illərdə artıb. Üç il əvvələ baxsaq, görərik ki, ölkədə cəmin 250 min arı ailəsi vardı. Arı ailəsi artdıqca, yem bazası çatışmır. Bunun üçün meşələr salmalıyıq. Bu il bazara 5 min ton balın çıxarılması gözlənilir, bununla da daxili bazarın təlabatı təmin ediləcək”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verib

XİN və ETSN birgə bəyanat yayıb

ETSN: Ağacları məhv edən müəssisə cəzalandırılıb

ETSN: İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

ETSN əməkdaşları könüllü qanvermə aksiyasında iştirak edib

ETSN: Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır

ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

ETSN Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama verib

ETSN: Boya fabrikindəki yanğın havanın çirklənməsinə səbəb olub

ETSN: Qanunsuz qum daşıyanlar cəzalandırılıb

ETSN-ə daxil olan şikayət araşdırılıb

ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq

ETSN-də yeni təyinat olub

ETSN: Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib (FOTOLAR)

ETSN: Yazın gəlişi təbiətdə müsbət dəyişikliklərlə müşayiət olunur

ETSN: Ağac kəsən şəxs cəzalanıb

ETSN-in işçilərinin say həddi müəyyənləşib

Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb

ETSN əməkdaşları “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar (VİDEO)

ETSN-nin facebook səhifəsində yeni rubrika başlayır

27 Sentyabr 2020, 23:24 (GMT +4)
BMT Baş katibi Azərbaycan və Ermənistanı döyüşləri dərhal dayandırmağa çağırıb

27 Sentyabr 2020, 21:27 (GMT +4)
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir

27 Sentyabr 2020, 21:11 (GMT +4)
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

27 Sentyabr 2020, 19:51 (GMT +4)
Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

27 Sentyabr 2020, 19:40 (GMT +4)
Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub - Baş Prokurorluq

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

27 Sentyabr 2020, 19:02 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq

27 Sentyabr 2020, 18:53 (GMT +4)
MN: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib

27 Sentyabr 2020, 18:52 (GMT +4)
Hərbi vəziyyətin tətbiq edildiyi rayonların adları açıqlanıb

27 Sentyabr 2020, 18:50 (GMT +4)
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020, 18:45 (GMT +4)
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

27 Sentyabr 2020, 18:35 (GMT +4)
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

27 Sentyabr 2020, 17:51 (GMT +4)
"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

27 Sentyabr 2020, 17:35 (GMT +4)
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanın təcavüzkar addımlarını müzakirə edib

27 Sentyabr 2020, 17:24 (GMT +4)
Türkiyə Azərbaycanın addımlarını tam dəstəkləyir - Hulusi Akar

27 Sentyabr 2020, 17:18 (GMT +4)
BQXK münaqişə tərəflərinə müraciət edib

27 Sentyabr 2020, 16:53 (GMT +4)
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27 Sentyabr 2020, 16:50 (GMT +4)
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

27 Sentyabr 2020, 16:20 (GMT +4)
ATƏT atəşkəs rejiminə qayıtmağa çağırıb

27 Sentyabr 2020, 16:19 (GMT +4)
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:08 (GMT +4)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı keçirilib

27 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27 Sentyabr 2020, 15:47 (GMT +4)
Ərdoğan: "Türk milləti Azərbaycanın yanındadır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66