Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ANAMA-nın 21-ci ildönümüdür

18 İyul 2019, 14:03 (GMT +4)

Bakı, 18 iyul, SalamNews. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılması ölkədə mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün ANAMA arxada qalan illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub.

Agentlikdən SalamNews-a bildirilib ki, ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün uğurla həyata keçirilir.

ANAMA-nın MTM-lə bağlı fəaliyyəti əsasən 3 istiqamətdə aparılır – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 26 bölgədə 3 min 635 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 55 min şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan hökumətinin tapşırığına əsasən, Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq MTM üzrə şagirdlər və müəllimlər üçün vəsait çap edilərək Əfqanıstanın Təhsil Nazirliyinə təqdim edilib. Hazırda aparılan danışıqlara əsasən bu kimi fəaliyyətin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım (MZY) proqramı bu cür insanların cəmiyyətə inteqrasiya olunmasına yönəlib. Proqram çərçivəsində “Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi”, “Azərbaycan minadan zərərçəkənləri üçün icma əsaslı kiçik biznes təlimləri”, “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi”, “Minadan zərərçəkmiş insanlara və yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb etmək” və “Əlil arabalarının paylanması” kimi layihələr həyata keçirilib. Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini uğurla reallaşdırır.

2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanistan, Gürcüstan, Tacikistan, Türkiyə və Ukraynadan olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər davam etdirilir.

Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun Təlim və Monitorinq Qrupu tərəfindən 2001-ci ildən bu günədək humanitar mina aksiyası sahələri üzrə 193 təlim kursu keçirilib və bu təlimlərdə 2049 nəfərdən artıq müdavim iştirak edib. Onlardan 315-i əcnəbi vətəndaş olub.

ANAMA ilə NATO/NSPA əməkdaşlığı çərçivəsində “Saloğlu layihəsi” üzrə 2005-2011-ci illərdə 5 milyon 700 min kvadratmetr və 2012-2018-ci illərdə “Ceyrançöl təmizləmə layihəsi” üzrə 66 milyon kvadratmetr ərazinin təmizlənməsi üzrə əməliyyatlar uğurla yerinə yetirilib. Nəticədə “Saloğlu layihəsi” və “Ceyrançöl təmizləmə layihəsi” çərçivəsində ümumilikdə 658 min 526 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Bununla yanaşı, 2015-ci ildən indiyədək Agentlik tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatlar (tək sursat əməliyyatları) aparılıb, 3 milyon 813 min 674 kvadratmetr ərazi yoxlanılıb və nəticədə 16 min 493 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə, indiyədək Agentlik tərəfindən cəmi 535 milyon 431 min 256 kvadratmetr ərazi təmizlənib, 803 min 907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ANAMA: Sabirabadda iki ədəd əl qumbarası zərərsizləşdirilib

ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

ANAMA Gəncədə bir ədəd top mərmisini aşkarlayıb

ANAMA: Aprel ayında 403 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA Tərtərdə partlamamış əl qumbarasını zərərsizləşdirib

Panama Aİ səfirini geri çağırıb

ANAMA 2018-ci il ərzində keçirilən əməliyyatlar barədə hesabat yayıb

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

ANAMA Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA-nın mütəxəssisləri Ağstafa su anbarının sahilində altı partlamış-yanmış mərmi aşkarlayıblar

ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

ANAMA tərəfindən 3 ədəd partlamış hərbi sursat aşkarlanıb

ANAMA: 2603 ədəd hərbi sursat və mina zərərsizləşdirilib

Panama səfirini Venesueladan geri çağırır

ANAMA Tərtər rayonunda təcili təxirəsalınmaz əməliyyat keçirib

ANAMA və FHN Xızıda birgə təmizləmə əməliyyatları həyata keçirib

Ötən il ANAMA tərəfindən görülən işlərin statistikası açıqlanıb

Alpinistlərin axtarışlarına ANAMA mütəxəssisləri də qoşulub  

ANAMA, FHN və DİN birgə təmizləmə əməliyyatları həyata keçirib

ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66