Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub

18 İyul 2019, 13:22 (GMT +4)

Bakı, 18 iyul, SalamNews.Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nəzdində fəaliyyət göstərən kitabxanaya Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sənədlər toplusu və görmə məhdudiyyətli insanlar üçün Heydər Əliyev Fondu tərəfindən Brayl əlifbasında hazırlanmış kitablar hədiyyə edilib. Bütün dillərdə insan hüquqları ilə bağlı müxtəlif kitablar, təlim və tədris ləvazimatları, hesabatlar və digər məlumatların yer aldığı bu kitabxana Ali Komissarlıq, BMT-nin insan hüquqları mexanizmləri, üzv dövlətlər, QHT-lər və beynəlxalq təşkilatların nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur.

SalamNews xəbər verir ki, kitabları təqdim edən daimi nümayəndə Vaqif Sadıqov Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində dövlət siyasətindən danışıb, ölkəmizin Ali Komissarlıqla əməkdaşlığa önəm verdiyini qeyd edib. O, əlilliyi olan şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiəsinin təmin edilməsi sahəsində görülən işlər və bu şəxslərə göstərilən dəstək və qayğıdan söz açıb, sağlamlıq imkanları məhdud insanlar üçün əlçatanlığın asanlaşdırılması məsələsinin dövlət rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Kitabxananın direktoru xanım Alfia Gilbert ikinci dəfədir ki, kitabxanaya daimi nümayəndəlik tərəfindən kitablar hədiyyə olunduğuna görə minnətdarlığını ifadə edərək, kitabxanadakı materiallardan BMT-nin Cenevrə Bölməsi yanında akkreditə olunmuş dövlətlərin nümayəndələrinin, BMT əməkdaşlarının, QHT-lərin, eləcə də Cenevrədə təhsil alan tələbələrin yararlana biləcəyini bildirib. O, Azərbaycanda Brayl əlifbasında kitab nəşrinin xüsusilə təqdir olunduğunu vurğulayıb.

Eyni zamanda, iyulun 17-də Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən növbəti dəfə BMT-nin Cenevrə Bölməsində fəaliyyət göstərən kitabxanaya kitablar hədiyyə edilib. Daimi nümayəndə Vaqif Sadıqov bildirib ki, Azərbaycan BMT-nin bu ən böyük kitabxanası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və artıq üçüncü dəfədir ki, buraya müxtəlif kitablar hədiyyə edir.

Kitablar sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi və arxitekturasına aid nəşrlər, eləcə də Brayl əlifbasında kitablar yer alıb. Daimi nümayəndə Azərbaycanın zəngin mədəniyyətə malik və qədim tarixi ilə seçilən müasir ölkə olduğunu bildirib. O, dövlət rəhbərliyi tərəfindən ölkəmizin mədəni irsinin qorunub saxlanılmasına göstərilən diqqət barədə danışıb, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Daimi nümayəndə, həmçinin kitabxana tərəfindən 2017-ci ildə Millətlər Liqasının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı 36 min səhifəlik arxiv materiallarının rəqəmsal formaya salınaraq Azərbaycan rəsmilərinə təhvil verildiyini xatırlayıb və bu sənədlərin tariximiz üçün xüsusi önəm daşıdığını vurğulayıb.

BMT kitabxanasının direktoru Françesko Pisano Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən təqdim edilmiş kitablara görə dərin təşəkkürünü bildirərək, bu əməkdaşlıqdan məmnunluq ifadə edib və kitabxana fondunun gələcəkdə Azərbaycan barədə daha çox kitabla zənginləşəcəyinə ümidvar olduğunu deyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

ABŞ İrana qarşı silah enbarqosunu gələn həftə BMT TŞ-a çıxaracağını bildirib

BMT maska və əlcəklərin ətraf mühit üçün təhlükəsi barədə xəbərdarlıq edib

Suriyanın BMT nümayəndəsi: ABŞ İran sərnişin təyyarəsi üçün təhlükə yaratdığına görə məsuliyyətə cəlb edilməlidir 

Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında aksiya keçirilib

BMT baş katibi Donbass üzrə razılaşmalara əməl olunmasına çağırır

İranın BMT-dəki Daimi Nümayəndəliyi təyyarə insidenti ilə bağlı Təhlükəsizlik Şurasına etirazını bildirəcək

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

BMT: Azərbaycan və Ermənistan arasında irimiqyaslı münaqişənin başlaması fəlakət ola bilər

Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır

BMT pandemiya ilə mübarizə üçün 10.3 milyard dollar toplanmasını tələb edir

Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

BMT baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə çağırır

BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

Pompeo BMT məruzəçisinin Qasim Süleymanin terror edilməsilə bağlı hesabatını kəskin tənqid edib

BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

Rusiya və Çin BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə veto qoyub

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

11 Avqust 2020, 16:15 (GMT +4)
Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

11 Avqust 2020, 16:13 (GMT +4)
Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

11 Avqust 2020, 16:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

11 Avqust 2020, 15:45 (GMT +4)
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

11 Avqust 2020, 15:30 (GMT +4)
Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olub

11 Avqust 2020, 15:27 (GMT +4)
Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

11 Avqust 2020, 15:20 (GMT +4)
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

11 Avqust 2020, 15:07 (GMT +4)
Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

11 Avqust 2020, 15:00 (GMT +4)
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır

11 Avqust 2020, 14:46 (GMT +4)
DİM: 13-14 avqustda 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

11 Avqust 2020, 14:30 (GMT +4)
Azərbaycanda 80 evdən oğurluq edən şəxslər tutulub

11 Avqust 2020, 14:27 (GMT +4)
İranda son sutkada 184 nəfərin koronavirusdan ölümü qeydə alınıb

11 Avqust 2020, 14:15 (GMT +4)
Təbiətə ziyan vuran şirkət cəzalandırılıb

11 Avqust 2020, 14:01 (GMT +4)
Sabahdan müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı başlayır

11 Avqust 2020, 13:50 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib (FOTOLAR)

11 Avqust 2020, 13:43 (GMT +4)
İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib

11 Avqust 2020, 13:35 (GMT +4)
Dünyada ilk dəfə koronavirus vaksini Rusiyada qeydiyyatdan keçib

11 Avqust 2020, 13:35 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Avqust 2020, 13:16 (GMT +4)
İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib

11 Avqust 2020, 13:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

11 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 Avqust 2020, 12:40 (GMT +4)
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66