Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Beynəlxalq konfransda ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub (FOTO)

18 İyul 2019, 13:47 (GMT +4)

Bakı, 18 iyul, SalamNews.Bakıda “İctimai şuralar: beynəlxalq və milli təcrübə” mövzusunda keçirilən beynəlxalq konfransda dövlət qurumlarında İctimai şuraların təşkili, onların fəaliyyətinə şərait yaradılması ilə bağlı milli təcrübə nümunələrindən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura ilə bağlı təqdimat olub.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, konfrans ABŞ İnkişaf Agentliyinin (USAİD) dəstəyi və Şəffaflıq Naminə Vətəndaş Cəmiyyətinin layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə birgə, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunub. Məqsəd ölkəmizdə “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi ilə əlaqədar İctimai şuraların cari vəziyyətini və problemlərini müzakirə etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, ictimai iştirakçılıq sahəsində naliyyətləri və bu sahədə yeni çağırışları diqqətə çatdırmaq olub.

Tədbirin açılışında USAİD-in texniki ofisinin direktoru xanım Eileen Lavles, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov, Qeyri-kommersiya hüququ üzrə beynəlxalq mərkəzin (ABŞ) Avrasiya ölkələri üzrə vitse-prezidenti xanım Natalia Bourjaily, Açıq Hökumət Platformasının koordinatoru Əlməmməd Nuriyev çıxış ediblər.

Daha sonra ictimai iştirakçılıq sahəsində milli təcrübə nümunələrindən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura barədə təqdimat olub. İctimai Şuranın sədri Umud Mirzəyev şuranın fəaliyyəti barədə məlumat verib. Nazirlik rəsmiləri vətəndaş rifahı naminə atılan inqilabi addımları, əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya sahələrində aparılan islahatları diqqətə çatdırıblar. İslahatlar prosesində, həmçinin sosial müdafiə və aktiv əmək bazarı proqramlarının təşkili və həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, xidmətlərdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması yönündə aparılan işlərdə nazirliyin ictimai iştirakçılığa, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsinə xüsusi önəm verdiyi vurğulanıb.

Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması və geniş miqyas alması üçün aparılan işlər, nazirliyin bu sahədə təcrübəsi maraqla qarşılanıb və müsbət dəyərləndirilib.

Tədbirdə ayrı-ayrı ölkələrin müvafiq sahələrdə təcrübələri də təqdim edilib, işçi qrupları formatında müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN-də xüsusi monitorinq qrupu yaradılacaq

ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

ƏƏSMN-nin tabeliyində yeni agentliklər və fond yaradılıb

Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

ƏƏSMN daha bir yenilik edib

ƏƏSMN daha 50 avtomobili müharibə əlilliyi olan vətəndaşlara təqdim edib (FOTO)

ƏƏSMN bu həftədən etibarən canlı yayıma başlayır

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

ƏƏSMN-də Nazirliyində Kollegiya iclası keçirilib

ƏƏSMN-də İsveçrə səfiri ilə görüş olub

ƏƏSMN elektron məlumat mübadiləsinə başlayır

ƏƏSMN: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb

ƏƏSMN: 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib

ƏƏSMN bu il 838 nəfəri peşə hazırlığına cəlb edib

ƏƏSMN işəgötürənlərə müraciət edib

21 Fevral 2020, 13:45 (GMT +4)
El Pais: Portuqaliya hökuməti evtanaziyanı qanuniləşdirə bilər

21 Fevral 2020, 13:30 (GMT +4)
Azercell metro tunellərində 4G şəbəkəsini tam quracaq

21 Fevral 2020, 13:25 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

21 Fevral 2020, 13:19 (GMT +4)
Azercell Bakıda 5G ilə əhatə ediləcək yerləri açıqlayıb

21 Fevral 2020, 13:18 (GMT +4)
ABŞ-da yaşayış kompleksində atışma baş verib, ölən var

21 Fevral 2020, 13:11 (GMT +4)
"Azercell" fəaliyyət dövründə dövlət büdcəsinə 1,845 mlrd. manat köçürüb

21 Fevral 2020, 12:44 (GMT +4)
“Buta Airways”in Alanyaya uçan təyyarəsi Ankarada məcburi eniş edib

21 Fevral 2020, 12:40 (GMT +4)
Uxanda daha bir həkim koronavirusa yoluxaraq dünyasını dəyişib

21 Fevral 2020, 12:40 (GMT +4)
İranlılar seçkilərə getməklə Vaşinqtondakıların onlar barədə qərar çıxarmasına imkan verməyəcək – Cavad Zərif

21 Fevral 2020, 12:37 (GMT +4)
BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib

21 Fevral 2020, 12:17 (GMT +4)
Azercell ötən il 6 milyona yaxın abunəçiyə xidmət göstərib

21 Fevral 2020, 12:12 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

21 Fevral 2020, 12:04 (GMT +4)
Milyarder Blumberq seçki kampaniyasına 409 milyon dollar xərcləyib

21 Fevral 2020, 11:54 (GMT +4)
Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

21 Fevral 2020, 11:52 (GMT +4)
Azərbaycan şirkətləri Moskvadakı beynəlxalq sərgidə mükafata layiq görülüb

21 Fevral 2020, 11:37 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfərə gələcək

21 Fevral 2020, 11:33 (GMT +4)
Bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

21 Fevral 2020, 11:21 (GMT +4)
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

21 Fevral 2020, 11:08 (GMT +4)
Yəməndən Səudiyyəyə ballistik raketlər atılıb, havadan müdafiə qarşılıq verib (VİDEO)

21 Fevral 2020, 11:07 (GMT +4)
"Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub (FOTO)

21 Fevral 2020, 10:53 (GMT +4)
Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib

21 Fevral 2020, 10:36 (GMT +4)
Putin Hanauda baş verən hadisədə ölənlərlə bağlı Merkelə başsağlığı verib

21 Fevral 2020, 10:30 (GMT +4)
Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

21 Fevral 2020, 10:20 (GMT +4)
Tramp ortağı Stounun bəraət qazanacağına ümid edir

21 Fevral 2020, 10:14 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

21 Fevral 2020, 10:07 (GMT +4)
ABŞ İranın beş yüksək rəsmisinə sanksiya tətbiq edib

21 Fevral 2020, 10:01 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

21 Fevral 2020, 09:55 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2236 nəfərə çatıb

21 Fevral 2020, 09:37 (GMT +4)
Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

21 Fevral 2020, 09:35 (GMT +4)
ABŞ-ın terror etdiyi Haşd-Şabi komandiri əl-Mühəndisin xələfi müəyyənləşib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66