Merkel səhhəti ilə maraqlananları başa düşdüyünü deyib19 İyul 2019, 15:42 (GMT +4) Bakı, 19 iyul, SalamNews. Jurnalistlərə açıqlama verən Almaniya federal kansleri Angela Merkel ictimaiyyətin səhhəti ilə maraqlanmasını başa düşdüyünü qeyd etsə də, bunun şəxsi məsələ olduğunu bəyan edib.
"Mən bu sualı başa düşürəm, amma artıq ona cavab vermişəm", - deyə o bildirib.
SalamNews-un Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə alman siyasətçi yerli televiziya ilə canlı yayımlanan mətbuat konfransı zamanı açıqlama verib.
|