Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2019, 16:38 (GMT +4)

Bakı, 19 iyul, SalamNews.Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Mərkəzdən SalamNews-a bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) 22, 23 və 24 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 20, 21, 22 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİM: 15 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

DİM dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərə müraciət edib

ABŞ Livan ordusuna 150 hərbi texnikadan ibarət yardım göstərib

Azərbaycanın Birinci vitse-prezidenti Vladimir Putinə məktub ünvanlayıb

“Nar” korporativ müştərilərə sərfəli qiymətlər təqdim etməkdə davam edir

DİM: Kolleclərə əlavə qeydiyyat başlayıb

ABŞ miqrantlara dövlət yardımını dayandıracaq

DİM: Bu il bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az olub

Zakir Həsənov: "Müasir hərbi infrastrukturların qurulması ilə bağlı addımlar atılır"

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”

Sanksiyalara görə İrandakı əfqan qaçqınlara beynəlxalq yardımları çatdırmaq mümkün deyil - Beynəlxalq Təşkilat

Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Kassa çeklərinin təqdim edilməməsi ciddi maliyyə sanksiyalarına səbəb ola bilər

DİM Bakıda IAEA-nın 45-ci illik konfransını keçirəcək

Komitə: Qurban bayramının "ət bayramı" kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır

DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib

BP ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

DİM: Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı uzadılmayacaq

ABŞ Suriyada kürd bölmələrinə 200 texnikadan ibarət hərbi yardım göndərib (VİDEO)

Dövlət Departamenti Türkiyəni Suriya üzrə addımlarını əvvəlcədən müzakirə etməyə çağırır

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

20 Avqust 2019, 12:50 (GMT +4)
Honq Konqda bıçaqla silahlanmış şəxs insanlara hücum edib, xəsarət alanlar var

20 Avqust 2019, 12:34 (GMT +4)
"Neftçi" çempionatın ilk turunda qələbə qazana bilməyib

20 Avqust 2019, 12:20 (GMT +4)
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

20 Avqust 2019, 12:14 (GMT +4)
İstanbulda "Visit Chechnya" turizm məlumat mərkəzi açılıb

20 Avqust 2019, 12:09 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 Avqust 2019, 12:00 (GMT +4)
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12