Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:53 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Astara rayonundakı Mərkəzi Kitabxanada “Söz azadlığı: sözümüzü necə ifadə edirik?” mövzusunda «dəyirmi masa» keçirilib. Tədbir qurumun sözügedən layihə çərçivəsində sayca üçüncü, sonuncu toplantısıdır.

“Dəyirmi masa”nı giriş sözü ilə “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə açaraq bildirib ki, ölkəmizdə söz və ifadə azadlığı kimi bəşəri dəyərlərə çox böyük önəm verilir. Müxtəlif təşkilatlar bu dəyərlərin mahiyyəti, eləcə də ictimai fikirdə yer alan müxtəlif məqamlar barədə maarifləndirici xarakterli tədbirlər təşkil edirlər. Belə tədbirlərdən biri də Astara rayonunda “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin xətti ilə gerçəkləşdirilməkdədir.

Baş redaktor onu da diqqətə çatdırıb ki, hazırkı dövrdə söz və ifadə azadlığı eyni zamanda müxtəlif siyasi qrupların əlində manipulyasiya predmetidir. Mövcud xüsusda qarşıya problemlər də çıxmaqdadır ki, “Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” kimi layihələr həmin mənfi meyllərə qarşı bir növ səfərbəredici funksiya yerinə yetirir. Sevindirici haldır ki, Azərbaycan dövləti bununla bağlı təşəbbüsləri dəstəkləməklə həm vətəndaş cəmiyyəti institutlarının inkişafına kömək göstərir, həm də neqativ hallara qarşı ictimai müstəvidə mübarizəyə də öz töhfəsini verir.

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Astara rayon rəhbərliyinə təşəkkürünü bildirib. Layihənin məqsəd və vəzifələri barədə söz açan sədr diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan “Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində indiyədək Yexlax və Quba rayonlarında “Söz azadlığı: sözümüzü necə ifadə edirik?” mövzusunda iki “dəyirmi masa” təşkil olunub. “Layihəmiz 2019-cu ilin may ayının 1-dən avqust ayının 1-dək davam edəcək Məqsədimiz müxtəlif vətəndaş qruplarını söz, fikir və ifadə azadlığının, plüralizmin mahiyəti barədə məlumatlandırmaqdan, onların söz azadlığının ifadə meydanı sayılan media vasitələri ilə qarşılıqlı təmaslarındakı hazırkı durumu diqqətə çatdırmaqdan, eyni zamanda sizlərin də fikirlərini öyrənərək bu sahədəki tənzimləmərin həyata keçirilməsinə dəstək göstərməkdən ibarətdir. Astarada bu gün sizinlə görüşümüz üçüncü tədbirimizdir. Artıq layihəmizə yekun vururuq. Ötən müddətdə kifayət qədər faydalı təkliflər qruplaşdırdıq. Düşünürəm ki, Astara ictimaiyyətinin də mövzu ilə bağlı fikirləri var. Astara Azərbaycanın cənub qapısıdır. Bura kifayət qədər ictimai aktivliyi olan bölgəmizdir. Heç şübhəsiz rayon, müxtəlif təfriqəçi qüvvələr üçün də cəlbedicidir. Təfriqələr isə eyni zamanda söz və ifadə azadlığı kontekstində nəzərə çarpır. Buna görə sizlərin məsələyə həssas münasibəti son dərəcə vacibdir. Əminəm ki, dəyərli fikirlərinizi bizimlə bölüşəcəksiniz”, -deyə Ə.Rüstəmov bildirib.

“Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsinin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə qeyd edib ki, Azərbaycanda bəşəri dəyərlər sayılan söz və ifadə azadlığının təmin olunması və qorunması üçün kifayət qədər təkmil hüquqi baza mövcuddur. Bu baza konstitusiyamızdan qaynaqlanır. Qanunlarımızın tələblərinin yerinə yetirilməsi şərtdir. Ancaq bəzən söz və ifadə azadlığı sahəsində baş verən proseslər o qədər sürətlə, o dərəcədə dəyişkən mahiyyətli olur ki, məsələni tənzimləmək üçün mütləq ictimaiyyətin dəstəyinə ehtiyac yaranır. Dünyada baş verən proseslər də bunu deməyə əsas verir. “Söz azadlığından sui-istifadə motivləri təkcə Azərbaycan deyil, ümumən dünya üçün xarakterikdir. Sosial şəbəkələr, internet informasiya resursları cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu durumda xoşagəlməz hallar da nəzərə çarpmaqdadır. Ona görə cəmiyyət həssas olmalıdır. Azərbaycan dövləti də bu sayaq layihələrlə həssaslığı təmin etməyi planlaşdırır”, - deyən S.Verdizadə söz və ifadə azadlığı kontekstində diqqət çəkməkdə olan müxtəlif meyllər barədə fikirlərini açıqlayıb.

“Astara” qəzetinin baş redaktor müavini Azər Abdulla çıxışında söz və ifadə azadlığına etinasızlıq hallarının təzahür formalarından bəhs edib. O, Azərbaycanda çoxlu sayda kütləvi informasiya vasitəsinin olduğunu vurğulayıb. Bunu plüralizm baxımından yüksək dəyərləndirən baş redaktor müavini eyni zamanda bildirib ki, kəmiyyət artımı heç də hər zaman keyfiyyətlə uzlaşmır. O, həmçinin söz azadlığından sui-istifadə halları ilə əlaqədar sərt qanuni ölçü tədbirlərinin həyata keçirilməsinin zəruriliyini əsaslandırıb.

Müzakirələr şəraitində keçmiş tədbirdə iştirakçıların söz və ifadə azadlığının cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair sualları cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ruhani İsrailin Hörmüzdə təhlükəsizliklə bağlı ittifaqa qatılmasına münasibət bildirib

Ruhani Fransa prezidentinin Trampla görüş təklifini qəbul etməyib

Ruhani və Makron Hörmüzdə təhlükəsizliyi və nüvə sazişini müzakirə ediblər

Həsən Ruhani Barak Obama ilə telefon təmasının səbəbini açıqlayıb

Ruhani təbrizli sənətkarların 6 ilə toxuduğu 600 kv-metrlik xalçanın açılışını edib (FOTO)

Ruhani ABŞ-ın Zərifə sanksiya tətbiq etməsinə münasibət bildirib: Bu uşaqsayağı hərəkətdir

Ruhani və Makron nüvə sazişini və Hörmüz boğazında təhlükəsizliyi müzakirə ediblər

Hörmüz boğazının təhlükəsizliyi İran və Oman Sultanlığının öhdəsindədir - Ruhani

Həsən Ruhani: Tehran sərhədi pozan dronları vuracaq

Ruhani İranın neft gəmisinə görə Britaniyaya xəbərdarlıq edib

Ruhani xəbərdarlıq edib: Bundan sonra uranı ürəyimiz istəyən qədər zənginləşdirəcəyik (VİDEO)

«Ruh» Jurnalistlərin Müdafiəsi İB Qubada “dəyirmi masa” təşkil edib

Ruhani ABŞ-ın Zərifə qarşı sanksiyalar tətbiq etmək niyyətini tənqid edib

Amerika dünya sabitliyi üçün ciddi təhlükədir - Həsən Ruhani

Həsən Ruhani Bişkekdə Vladimir Putinlə görüşüb

Həsən Ruhani Yaponiya baş naziri ilə region məsələlərini müzakirə edib

Kreml Putin və Ruhaninin görüşündə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb 

«Ruh» Jurnalistlərin Müdafiəsi İB Yexlaxda dəyirmi masa keçirib

Ruhani Tramp Administrasiyası ilə danışıqların aparılmasının şərtlərini açıqlayıb (VİDEO)

Oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır - Ramazan ayının 21-ci gününün duası

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12