SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)20 İyul 2019, 11:50 (GMT +4) Bakı, 20 iyul, SalamNews. Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri mükafatlandırılıb.
SalamNews xəbər verir ki, ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyul – Milli mətbuat günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə və tələbəlik həyatını mətbuatda obyektiv və xüsusi şəkildə işıqlandırdığına görə təşəkkürnamə elan edilib.
ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib: “Universitetimizə obyektiv, xoş münasibət göstərən jurnalistlərə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.
Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilən Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.
ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı tələbə həyatına önəm verən, obyektiv şəkildə sayt və qəzetlərdə xəbərləri dərc edən media nümayəndələrinə təşəkkürnamənin verilməsinin böyük qürur olduğunu diqqətə çatdırıb.
Daha sonra ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub.
|