Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb

21 İyul 2019, 13:42 (GMT +4)

Bakı, 21 iyul, SalamNews, K.Orxan. İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

SalamNews xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, baş katibi Raffaele Pagnozzi və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, yarışların keçirildiyi idman obyektləri və Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib. Nazir qeyd edib ki, 7 gün ərzində 48 ölkənin idmançıları mükafatlar uğrunda mübarizə aparacaqlar.

Vurğulayıb ki, bu günə kimi yarışlara 6750 bilet satılıb. Onun sözlərinə görə, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir. “Həmin pula gündə 3 dəfə yemək daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir” - deyə nazir bildirib.

Qeyd edib ki, açılış və bağlanış mərasimlərinə biletlər tam satılıb.

Onun sözlərinə görə, festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Bakıda yenidən olmasından məmnunluğunu ifadə edən Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç bildirib ki, Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir.

Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki qeyd edib ki, yüksək səviyyədə təşkil edilən festival idmançılar üçün Olimpiyaya gedən yolda böyük təkan olacaq.

Sonda jurnalistlərin sualları cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazir Avropa Olimpiya Komitələri 48-ci Baş Assambleyasında çıxış edib

Azərbaycan “Tokio 2020” Yay Olimpiya Oyunlarına yeddinci lisenziyanı qazanıb

Beyləqan Olimpiya İdman Kompleksi kommersiya qurumuna çevrilib

Bakı Olimpiya Stadionu yaxınlığında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Nazir: Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük

BNA Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminə bileti olanlara müraciət edib

XV Avropa Gənclər Yay Olimpiya Festivalına bu gün yekun vurulacaq

Azərbaycan cüdoçusu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb

Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib (FOTOLAR)

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

Nazirlik: Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 Təcili Tibbi Yardım briqadası ayrılıb

Yol Polisi Bakıda Olimpiya Festivalının başlanması ilə bağlı sürücülərə müraciət edib

XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb

Atletlər kəndində Olimpiya Günü qeyd olunub

Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir

Avropa Gənclər Yay Olimpiya Festivalına 146 000 bilet satışa çıxarılacaq

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66