Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycan milli mətbuatının yarandığı gündən 144 il ötür

22 İyul 2019, 04:00 (GMT +4)

Bakı, 22 iyul, SalamNews. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 144 illiyi qeyd olunur.

SalamNews-un məlumatına görə, XIX əsrin ortalarında Azərbaycanda gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaradıb. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində "Əkinçi" qəzeti nəşrə başlayıb.

Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ edib, insanları mövhumata və cəhalətə qarşı mübarizəyə çağırıb, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərib.

“Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirib, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında mühüm rol oynayıb.

Ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranıb. 1993-cü ildən başlayaraq Azərbaycan milli jurnalistikası yeni inkişaf mərhələsinə qədəm qoyub.

Hazırda Azərbaycanda 200-dən çox qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub.

2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin sərəncamı ilə paytaxtın Bibiheybət qəsəbəsində KİV işçiləri üçün inşa edilmiş 156 mənzillik bina istifadəyə verilib. Elə həmin gün ölkə rəhbərinin iştirakı ilə jurnalistlər üçün 255 mənzillik  daha bir yaşayış binasının təməli qoyulub ki, 2017-ci ildə jurnalistlərə təhvil verilib. Növbəti binanın isə gələn il istifadəyə verilməsi planlaşdırılır.

SalamNews kollektivi Milli Mətbuat Günü münasibətilə bütün jurnalist həmkarlarını təbrik edir, onlara yeni uğurlar arzulayır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan jurnalistlərinə «Beynəlxalq media vəsiqəsi» verilib

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya toplayıb

Azad Rəhimov media nümayəndələrini təbrik edib

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

ADU-da media nümayəndələri mükafatlandırılıb

"CinemaPlus"da “Media günü” qeyd olunacaq

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfransı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi mediatur təşkil edib (FOTOLAR)

"Azərişıq" ASC jurnalistlər üçün media-tur təşkil edib (FOTO)

Rabitəbank “Rəqəmsal trendlər və media” mövzusunda təlim təşkil edib

İranın media qurumları Britaniya səfirliyinin mətbuat konfransını boykot ediblər

“Din və media” mövzusunda yazı müsabiqəsi elan edilib

PAŞA Sığorta şirkətində media nümayəndələri ilə görüş keçirilib (FOTO)

AZSIĞORTA media nümayəndələri üçün təlim təşkil edib

"Gender bərabərliyi və media" mövzusunda yekun konfrans keçirilir (FOTOLAR)

Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğuna mediatur təşkil edib

Transxəzər magistralı layihəsi xarici medianın diqqətindədir

Bəşarət Məmmədov: Bəzən mediada eyni məsələyə fərqli yanaşmalar olur

Təhsil Nazirliyi media nümayəndələri üçün maarifləndirici təlim keçirəcək

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12