Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər Fondu 13-cü qrant müsabiqəsini elan edib

24 İyul 2019, 13:02 (GMT +4)

Bakı, 24 iyul, SalamNews. Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu bu gündən etibarən 18-29 yaşlı gəncləri 13-cü qrant müsabiqəsində iştirak etmək üçün “C” kateqoriyası üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihə təkliflərinin icra müddəti isə 2 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ  “C” kateqoriyası üzrə  5.000 (beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

·         Müsabiqədə yalnız 1990-ci il iyul 24-dən 2001-ci il avqustun 23-dək doğum tarixligənclər iştirak edə bilərlər;

·         Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir;

·         Layihə təklifləri reallığı əks etdirməli və icrası gənclər tərəfindən mümkün olmalıdır;

·         “C” kateqoriyası üzrə icrası başa çatmış,lakin 2019-cu il avqust ayının 8-dək,təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq;

·         Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim etdikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər;

·         Gənclər təqdim edəcəkləri layihə təklifini müvafiq qaydada əsaslandırmalıdır (layihənin hədəf və məqsədi, məqsədə nail olmaq üçün görülməli işlər və gözlənilən nəticələr).

 

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

·         Layihələr seçilərkən gənclərin ixtisası və fəaliyyət istiqamətlərinə, layihənin video izahı və PowerPoint təqdimatları əlavə edilmiş layihələrə üstünlük veriləcək.

·         Fond tərəfindən layihə qiymətləndirilməsi aparılan zaman gənclərin fəaliyyət istiqaməti sahəsində diplom və sertifikatı olanlara üstünlük veriləcək.

Müsabiqənin müddəti (C kateqoriyası üzrə):

·         Layihə təklifləri 24 iyul 2019-cu il tarixdənbaşlayaraq təqdim edilə bilər.

·         Layihə təklifləri üçün son tarix 23 avqust 2019-cu il, saat 18:00.

Layihə təklifləri “Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və gənclərin qeydiyyata alınmasına dair Təlimat”a uyğun hazırlanmalı, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçilməli və saytda göstərilən həmin formaya uyğun olaraq, elektron qaydada təqdim edilməlidir.

Fond, ölkə üzrə müxtəlif rayon və şəhərlərdə qeydiyyatda olan gəncləri layihə təklifləri ilə 13-cü qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

13-cü qrant müsabiqəsinin “C” kateqoriyası üzrə müəyyənləşdirilmiş, prioritet istiqamətləri ilə bağlı məlumatı Fondun saytındakı hiper keçidlərdən əldə etmək mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

Gənclər Fondu yeni maarifləndirmə kampaniyasına start verib

Azərbaycan Gənclər Fondu gənclərə müraciət edib

Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

Gənclər Fondu xaricdə təhsil alan tələbələrlə bağlı məlumat yayıb

Gənclər Fondunun qrant müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fonduna 4 milyon manat ayrılıb

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

Gənclər Fondu müsabiqənin nəticələrini açıqlayıb

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edib

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

Gənclər Fondu növbəti müsabiqə elan edib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

04 İyun 2020, 22:20 (GMT +4)
"ASAN Xidmət" mərkəzlərində smart apteklər fəaliyyət göstərəcək

04 İyun 2020, 21:45 (GMT +4)
Prezident: Biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik

04 İyun 2020, 19:21 (GMT +4)
Milli Olimpiya Komitəsi yazı müsabiqəsi elan edib

04 İyun 2020, 18:00 (GMT +4)
TƏBİB: Xəbər saytlarının əməkdaşları ev şəraitində fəaliyyət göstərməlidir

04 İyun 2020, 17:46 (GMT +4)
BMT ABŞ-ı irqçilikdə ittiham edib 

04 İyun 2020, 17:35 (GMT +4)
İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

04 İyun 2020, 17:26 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

04 İyun 2020, 17:21 (GMT +4)
Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

04 İyun 2020, 17:13 (GMT +4)
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

04 İyun 2020, 17:10 (GMT +4)
Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

04 İyun 2020, 17:08 (GMT +4)
Rusiya mətbuatı azərbaycanlı «qanuni oğru» barədə dezinformasiya yayıb

04 İyun 2020, 16:59 (GMT +4)
Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

04 İyun 2020, 16:53 (GMT +4)
Braziliyada son sutka ərzində 1,3 mindən çox insan COVID-19-dan ölüb

04 İyun 2020, 16:34 (GMT +4)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

04 İyun 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif edib

04 İyun 2020, 16:21 (GMT +4)
Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

04 İyun 2020, 16:06 (GMT +4)
Dünyada son sutka ərzində 93 mindən çox insan COVID-19-a yoluxub

04 İyun 2020, 15:58 (GMT +4)
«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

04 İyun 2020, 15:53 (GMT +4)
Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

04 İyun 2020, 15:43 (GMT +4)
“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb

04 İyun 2020, 15:40 (GMT +4)
Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

04 İyun 2020, 15:37 (GMT +4)
Tramp Si Tzinpinə qarşı sanksiya tətbiq etmə ehtimalını hələ nəzərdən keçirməyib

04 İyun 2020, 15:10 (GMT +4)
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

04 İyun 2020, 15:05 (GMT +4)
ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

04 İyun 2020, 15:03 (GMT +4)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66