Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

SalamNews-un əməkdaşı təltif edilib (FOTO)

24 İyul 2019, 18:15 (GMT +4)

Bakı, 24 iyul, SalamNews. Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi “Loqos” la birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirib.

SalamNews xəbər verir ki, tədbirdə Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, “Loqos” un rəhbəri Təranə Məmmədova, YAP Siyasi Şurasının üzvi, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AYB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev və digər tanınmış şəxslər iştirak ediblər.

Əvvəlcə tədbiri açıq elan edən PXTM-nin müavini Amal Əsgərov tədbirin proqramı haqqında qonaqlara geniş məlumat verib. Sonra mətbuatın inkişafı ilə bağlı qısa videoçarx nümayiş edilib.

Daha sonra qonaqları salamlayan “Loqos” un rəhbəri Təranə Məmmədova mətbuat günü ilə bağlı bütün media nümayəndələrini təbrik edib və daim göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Çıxış edən Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının inkişafı yolunda yeni bir tarixdir. Natiq qeyd edib ki, söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözun nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.

Digər çıxış edənlər “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, jurnalist Billurə Aslanqızı medianın və mətbuatın əhəmiyyətindən, keçdiyi tarixi yoldan danışıblar.

Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan fəxri fərmanlar təqdim edilib. Təltif edilənlər arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub.

Təltiflərdən sonra tədbir bədii hissə davam etdirilib.  Tədbirdə çıxış edən Cəbrayıl şəhər uşaq musiqi məktəbinin “Qarabağ” instrumental ansanbılı və “Nurlan” rəqs qrupunun ifaları hamıda xoş əhval – ruhiyyə yaradıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

22 Avqust 2019, 15:10 (GMT +4)
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019, 15:10 (GMT +4)
Ukraynanın ABŞ-dakı səfirliyi G7 liderlərinə müraciət edib

22 Avqust 2019, 14:57 (GMT +4)
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb

22 Avqust 2019, 14:47 (GMT +4)
Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

22 Avqust 2019, 14:31 (GMT +4)
Məhəmməd Cavad Zərif: Müharibəni başladan biz olmayacağıq 

22 Avqust 2019, 14:23 (GMT +4)
Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

22 Avqust 2019, 14:18 (GMT +4)
Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

22 Avqust 2019, 14:08 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12