Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

25 İyul 2019, 09:54 (GMT +4)

Bakı, 25 iyul, SalamNews. Təhsil naziri Ceyhun Bayramov iyulun 24-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyib.

Təhsil Nazirliyindən SalamNews-a verilən məlumata görə, Təhsil nazirinə imtahan prosesi haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə görüşüb. Görüşdə Təhsil naziri ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini söyləyərək ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını diqqətə çatdırıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən Ceyhun Bayramov bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Nazir həyata keçirilən işlərin nəticəsi olaraq müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artdığını, son illər təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlərin fəaliyyət göstərdiklərini qeyd edib. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran Ceyhun Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib.

Təhsil naziri bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçməsini diqqətə çatdırıb.

Ceyhun Bayramov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumi təhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib.

Tədbirdə yüksək bal toplayan müəllimliyə namizədlər çıxış edərək müsabiqənin tam şəffaf və obyektiv şəkildə keçirildiyini deyib, onlara belə bir şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür ediblər. Çıxış edənlər müəllim kimi işləmək hüququ qazandıqları təqdirdə onlara olan bu yüksək etimadı layiqincə doğruldacaqlarını söyləyiblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Təhsil naziri müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması haqqında əmr imzalayıb

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Prezident Təhsil nazirinə yeni səlahiyyət verib

Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb

Təhsil naziri Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edib

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri Dünya Bankının nümayəndələri ilə görüşüb

Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

Təhsil nazirinin müavini müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləyib

Təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edib

Təhsil naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi ilə görüşüb

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66