Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Quba və Qusarda bir neçə tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib

26 İyul 2019, 17:56 (GMT +4)

Bakı, 26 iyul, SalamNews.Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə, həmçinin mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Ə.Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunmuş əl işləri və xalq sənətkarlıq nümunələrindən ibarət sərgi ilə tanış olduqdan sonra vətəndaşları dinləyib.

Quba və Qusar rayonlarından qəbulda iştirak edən vətəndaşlar tərəfindən Gültəpə kəndində olan Baba Məhəmməd türbəsinin təmir olunması, Qusar Dövlət Ləzgi Dram Teatrının bina şəraitinin yaxşılaşdırılması, I Nügədi məscidinin bərpası, Quba Heydər Əliyev Mərkəzinin nazirliyin balansına verilməsi, Həzrə kəndindəki Şeyx Cüneyd məqbərəsinin bərpası ilə bağlı müraciət ediblər. Həmçinin Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsi və kollektivə milli geyimlərin verilməsi, Qırmızı qəsəbədə dağ yəhudilərinin muzeyi, habelə əməyin qiymətləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirdiyi qəbulda vətəndaşlar Xaçmaz Dövlət Rəsm Qalereyasının fondunda olan əsərlərin mübadiləsi, rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiya işinin təşkilinə köməklik göstərilməsi barədə müraciət ediblər.

Qəbulda həmçinin Xaçmaz Xalça Muzeyində “Milli geyim incilərimiz” adlı bölmənin yaradılması, Xalq teatrının maddi-texniki bazasının gücləndirilməsi, “Yallı” folklor kollektivi üçün milli geyimlərin və aksesuarların verilməsi, rayonda “sənətkarlar evi”nin yaradılması, kənd kitabxana filiallarının ali məktəb dərslikləri və uşaq ədəbiyyatları ilə təmin olunması barədə müraciətlər səsləndirilib.

Şabran və Siyəzən sakinləri Şabran tarixi qoruğunda arxeoloji qazıntı işlərinin davam etdirilməsi və qoruq üçün inzibati binanın tikilməsi, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Pirəbədil Tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, mərkəzi kitabxanalara yeni kitabların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə mədəniyyət nazirinin müavini Rafiq Bayramova müraciət ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP ilə Mədəniyyət Nazirliyi arasında sənəd imzalanıb

Mədəniyyət Nazirliyi 2019-cu il üçün müsabiqə elan edib

Mədəniyyət Nazirliyi sistemində kadr islahatları aparılıb

Mədəniyyət Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə dair müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqlənib

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66