S-400-ün Türkiyəyə tədarükünün ikinci mərhələsinin başlanacağı tarix açıqlanıb29 İyul 2019, 12:18 (GMT +4) Bakı, 29 iyul, SalamNews. Rusiyadan alınan S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükünün ikinci mərhələsi yaxın aylarda başlayacaq.
SalamNews-un FAN-a istinadla verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev açıqlayıb.
"Çatdırılmalar yaxın aylarda qrafikə uyğun olaraq həyata keçiriləcək", o deyib.
Xatırladaq ki, Rusiya ZRS "Triumf"un tədarükü 2017-ci ildə 2,5 milyard dollar məbləğində müqavilə çərçivəsində iyul ayında başlayıb.
Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 12-də S-400 kompleksinin komponentləri Mürtəd bazasına çatdırılıb.
Quraşdırıldıqdan sonra sistemin Türkiyə ərazisinə yerləşdirilməsi gözlənilir. Türkiyə hərbi qüvvələri ölkənin hava məkanına uzaq məsafələrdəki vəziyyətə nəzarət edə biləcəklər.
|