Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Hospitalında Dünya Hepatitlə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib

29 İyul 2019, 12:20 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Bu gün Mərkəzi Gömrük Hospitalında 28 iyul - Dünya Hepatitlə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Hospitalın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi də bu günün əhəmiyyətinə toxunub, hepatitin törətdiyi fəsadları, ona qarşı mübarizə yollarını, bu virusun yayılma səbələrini, həmçinin müaliəsini açıqlayıb.

M.Kazimi bildirib ki, hər il bu günün qeyd olunmasında əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını ortaya qoymaqdır Əslində bu gün artıq bütün dünyada qeyd olunduğu kimi, Azərbaycanda da Dünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Təbii ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması sanki xatırlatma xarakteri daşıyır: insanlar bilsinlər ki, bu problem nə qədər aktual və ciddidir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusundan əziyyət çəkən xəstələrimiz çoxdur. Bu xəstələrin böyük bir əksəriyyəti xroniki hepatit virus daşıyıcılarıdır. Onlar hepatit virus daşıyıcıları olduğu təqdirdə bu xəstələr müəyyən zaman çərçivəisində ən ciddi fəsadlardan birinə səbəb olur. Belə olan anda həmin xəstələr zamanında müalicə edilib araşdırılmalıdır. Xəstələr də buna biganə yanaşmayıb normal müalicə almalıdırlar.

Təbii ki, hepatit B virusuna qarşı bütün dünyada illərdir artıq istifadə olunan, həmçinin ölkəmizdə də olan hepatit B əleyhinə peyvəndlər var. İnsanlar, həmçinin, bütün tibb işçiləri daxil olmaq şərti ilə hepatit əleyhinə mütləq peyvənd vurdurmalıdır. Çünki hepatit B əleyhinə peyvənd vurulduğu zaman insanların hepatit B virusuna yoluxma riski 0-a bərabər olur. Peyvənd vurulmadığı halda bu insanlar hepatit B virusuna yoluxur və nəticədə bu, qaraciyər xərçəngi, qaraciyər serrozu kimi ciddi fəsadlara səbəb olur. Hepatit B əleyhinə peyvəndləmə məqsədilə ölkəmizdə uşaqlar doğulduğu zaman doğum evlərində onlara peyvəndin ilk dozası vurulur. Lakin sonrakı dozası bir çox hallarda vurulmur. Biz görürürk ki, valideynlər bu məsələyə qeyri-ciddi yanaşırlar. Yəni növbəti peyvəndləmə prosesinə uşaqları aparmırlar. Hepatit B virusu elə bir virusdur ki, bu nəinki insanların bildiyi qan və cinsi yolla, eyni zamanda ailə içi münasibətlərdə də yoluxa bilir. Hepatit B virusu adi bədən suları, tər, öpüş və məişətdəki digər ünsiyyət vasitəlləri ilə yoluxa bilirlər. Ona görə hepatit B əleyhinə peyvəndlərin vurulması mütləqdir. Bu peyvəndlər vurulduğu zaman xəstələr özlərini ciddi risklərdən qorumuş olurlar.
Təəsüflər olsun ki, Hepatit C virusuna qarşı istifadə olunan peyvənd yoxdur. Lakin bu, araşdırma mərhələsindədir.

Hazırda isə hepatit C əleyhinə müalicədə ciddi dəyişikliklər, inkişaf var. Çünki tətbiq olunan dərman preparatları daha keçmişdəki kimi 6 aylıq, 1 illik şəklində deyil, hepatit C-nin 3-6 aylıq dərmanlar vasitəsi ilə tamamilə təmizlənb getmək şansı var. Buna baxmayaraq, Hepatit C Hepatit B virusu kimi ciddi bir virusdur ki, o da qaraciyər serrozu və qaraciyər xərçənginə gətirib çıxarıır. Bizim əməliyyat etdiyimiz xəstələrin içərisində təxminən 750-yə yaxın insan orqan transplantasiyası əməliyyatı olunub. Onların arasında həm böyrək, həm də qaraciyər transplantasiyası etdiyimiz xəstələr var. Qaraciyər transplantasiyası etdiyimiz xəstələrin 52-55 faizi Hepatit B və C virusuna yoluxmuş xəstələrdir. Baxın görün, bu problem nə dərəcədə böyük və aktualdır. Təbii ki, əməliyyatdan sonra xəstələrdə müəyyən suallar yaranır. Xəstələr soruşurlar ki, onlarda bundan sonra hepatit B və C virusuna yoluxma ehtimalı yarana bilərmi? Bu əməliyyatın əhəmiyyəti varmı? Bəli, bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların geri qayıdıb orqanı sıradan çıxarma ehtimalı az da olsa, var. Amma hepatit C virusu ilə bağlı qaraciyər serrozu olan xəstələrdə əməliyyatdan qabaqkı müddətdə xüsusi müalicə verilir və bu müalicəinin təsiri altında hepatit C virusu tamamilə təmizləndikdən sonra xəstəyə orqan köçürülür.

Hepatit B virusu ilə qaraciyər serrozu olan xəstələrdə isə onlara da eyni qaydada əməliyyatdan sonra xüsusi dərmanlar verilir. Bu dərmanlar 95-97 faiz hallarda hepatit B virusunu təmizləyir və bu xəstələr sağlam insana çevrilirlər. Gələcəkdə həmin insanlara bu virus geri qayıtmır.

Bir qrup xəstələr də var ki, hepatit B virusundan əziyyət çəkdikləri halda onlara əlavə hepatit D virusu da qoşulur. Bu halda da xəstələrə orqan köçürülməsi olar. Bizim xəstələrimiz arasında hepatit D virusuna yoluxmuş insanlar da var. Məsələ burasındadır ki, hepatit B virusunu təmizlədikdə hepatit D virusu da avtomatik təmizlənir və xəstələr sağlam həyata qovuşurlar.
Hepatit B virusuna vurulan peyvəndlər 95% insanların gələcək həyatında onları bu virusdan qorumuş olur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

Gömrük Hospitalında donoru olmayan xəstələrə böyrək transplantasiyası əməliyyatları edilib

Gömrük Hospitalının nümayəndə heyəti Türkiyənin məşhur Xəstəxanalar Qrupunda olub

Könüllü gömrükçülər Gömrük Hospitalında fəaliyyətlərini başa çatdırıblar

Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Gömrük Hospitalında skolioz xəstəliyinin yeni metodla müalicəsi həyata keçirilir

Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb

Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Gömrük Hospitalının əməkdaşları “Florence Nightingale”də təkmilləşdirmə kurslarına başlayıb

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

Emin Hacıbalayev: Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm

Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb

Gömrük Hospitalında nağdsız hesablaşma edən pasiyentlərə cashback qaytarılacaq

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66