Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ÜST: Təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir

01 Avqust 2019, 17:22 (GMT +4)

Bakı, 1 avgust, SalamNewsAzərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətlərinə bir sıra vacib xidmətlər daxil olacaq.

SalamNews-un məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, bu, ana və uşaq sağlamlığının yaxşılaşmasına, eyni zamanda xroniki xəstəliklərdən əziyyət çəkən insanlara yardım göstərilməsinə imkan verəcək.

ÜST rəsmisi hesab edir ki, bu, vətəndaşların öz xərclərinin də azalmasına kömək edəcək.

M.Jakab onu da əlavə edib ki, Azərbaycanda vacib, təxirəsalınmaz məsələ ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır: "İstərdik ki, hazırda bununla bağlı gedən proseslər həm standartlara uyğun olsun, həm də Azərbaycanda müasir, dayanıqlı, bütün standartlara cavab verən səhiyyə sisteminin qurulmasına xidmət etsin. Azərbaycan artıq icbari tibbi sığorta sisteminin tətbiqinə başlayır. Bu, səhiyyə xidmətlərinə çıxışı təmin etmək üçün çox gözəl imkandır. Bu sistemdə universal paketdən istifadə edə bilərsiniz. Biz sistemdə çox vacib rol oynamalıyıq, çünki maliyyə imkanları məhduddur".

ÜST nüamyəndəsi vurğulayıb ki, Azərbaycanda əhali icbari tibbi sığorta sisteminə çox maraq göstərir. Ona görə də vergilərdən və digər maliyyə mənbələrdən daxil olan vəsaitlər idarə edilməlidir. Həmçinin, təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir. Azərbaycan üçün ən vacib və təxirəsalınmaz məsələ ilkin səhiyyə xidmətini göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır.

M.Jakab əlavə edib ki, pilot rayonlarda həyata keçirilən layihənin nəticələri yaxşıdır. Amma gələcək dövr üçün də prioritetlər müəyyən edilməlidir.

Onun sözlərinə görə, uğur əldə etmək üçün kadrlar siyasəti də təkmil olmalıdır: "Ümidvaram ki, bu sahədə Azərbaycanda başladığımız islahatlar nəinki icbari tibbi sığorta baxımından, o cümlədən ilkin səhiyyə xidmətlərinin göstərilməsində mövcud olan durumu xeyli yaxşılaşdıracaqdır. Əlbəttə ki, bütün bunlar Azərbaycan əhalisinə, xalqına xidmət edəcək. Bununla da onlar daha mükəmməl tibbi xidmətlərdən yararlanacaq. Eyni zamanda, göstərilən səhiyyə ocaqlarındakı xidmətlərin keyfiyyəti də artacaq".

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ÜST dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

ÜST son sutkada dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

Qusarda evlərdən oğurluq edən usta tutulub

Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb edilib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 960 nəfəri keçib

Bayden seçkidə qalib gələrsə ABŞ-ı ÜST-ün tərkibinə qaytaracağını vəd edib

Tramp Konqresə ABŞ-ın ÜST-dən çıxdığına dair rəsmi bildiriş göndərib

ÜST Çindəki qara vəba xəstəliyini təhlükəli hesab etmir

ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

Koronavirusun insanların həyatında olması adi hala çevrilir - ÜST rəhbəri

BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

ÜST Rusiyanın koronavirusla mübarizəsini uğurlu hesab edir

Gürcüstan əcnəbilərin iyulun sonuna qədər ölkədə qalmasına icazə verib

BMT baş katibi Trampın ÜST-ü tənqid etməsini şərh edib

ÜST Avropada koronavirusa yoluxmada artım müşahidə edildiyini açıqlayıb

Bakıda karantini pozan kafe sahibi və müştəriləri cəzalandırılıb

Lavrov ÜST-ü fəaliyyətsizlikdə ittiham etməməyə çağırıb

ÜST başçısı koronavirusun müalicəsində irəliləyiş əldə edildiyini elan edib

ÜST nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istəyib 

13 İyul 2020, 21:16 (GMT +4)
MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib (VİDEO)

13 İyul 2020, 18:56 (GMT +4)
Rəhim Qazıyev saxlanılıb və barəsində cinayət işi başlanılıb

13 İyul 2020, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

13 İyul 2020, 17:45 (GMT +4)
WP: Tramp andiçmədən sonra 20 min dəfədən çox yalan danışıb 

13 İyul 2020, 17:45 (GMT +4)
Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

13 İyul 2020, 17:41 (GMT +4)
İran Nətənz nüvə obyektindəki partlayışın səbəbinin müəyyənləşdiyini bildirib

13 İyul 2020, 17:30 (GMT +4)
"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb

13 İyul 2020, 17:30 (GMT +4)
Birinci vitse-prezident: Biz daha da güclü olmalıyıq və olacağıq

13 İyul 2020, 17:21 (GMT +4)
Çin Amerika tərəfinə qarşı sanksiyalarla cavab verib 

13 İyul 2020, 17:17 (GMT +4)
İctimai Liderlər Platforması erməni təxribatı ilə əlaqədar bəyanat yayıb

13 İyul 2020, 17:08 (GMT +4)
MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13 İyul 2020, 16:51 (GMT +4)
Türkiyə bütün imkanları ilə  Azərbaycanın yanındadır - Çavuşoğlu

13 İyul 2020, 16:47 (GMT +4)
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

13 İyul 2020, 16:44 (GMT +4)
İranda daha bir deputat koronavirusdan vəfat edib

13 İyul 2020, 16:42 (GMT +4)
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

13 İyul 2020, 16:25 (GMT +4)
YAP erməni təxribatı ilə əlaqədar bəyanat yayıb

13 İyul 2020, 16:12 (GMT +4)
Stoltenberq: NATO Çinin artan rolu fonunda "daha qlobal" ittifaqa çevrilməlidir

13 İyul 2020, 16:10 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

13 İyul 2020, 16:02 (GMT +4)
Prezident İlham Əliyev: Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq

13 İyul 2020, 15:58 (GMT +4)
ABŞ-da koronavirusdan ölüm hallarının artacağı gözlənilir

13 İyul 2020, 15:45 (GMT +4)
Türkiyə Liviyada siyasi danışıqların başlaması üçün şərtləri açıqlayıb

13 İyul 2020, 15:41 (GMT +4)
Gədəbəydə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

13 İyul 2020, 15:24 (GMT +4)
ABŞ Şimali Koreyanın hərbi aktivliyini izləmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

13 İyul 2020, 15:12 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

13 İyul 2020, 15:00 (GMT +4)
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb

13 İyul 2020, 14:56 (GMT +4)
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində eskalasiya yolverilməzdir

13 İyul 2020, 14:35 (GMT +4)
Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

13 İyul 2020, 14:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb

13 İyul 2020, 14:29 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

13 İyul 2020, 14:14 (GMT +4)
Vaqif Dərgahlı: Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66