Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının tarixi və proqramı açıqlanıb

01 Avqust 2019, 16:42 (GMT +4)

Bakı, 1 avgust, SalamNews.Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-30-da Üzeyir Hacıbəyliyə həsr olunan XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzindən SalamNews-a verilən məlumata görə, bu ilki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı nəzərdə tutulub.

Onlar arasında Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqaları var. Festival çərçivəsində 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Festivalın proqramını təqdim edirik.

18 sentyabr

saat 10.00-da Fəxri Xiyabanda ənənəvi olaraq Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunacaqdır.

saat 10.30-da Azərbaycan Milli Konservatoriyasının qarşısında Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir keçiriləcəkdir.

saat 11.00-da Milli İncəsənət Muzeyinin bağında yerləşən Güllələnmiş heykəllərin ziyarəti baş tutacaqdır.

saat 11.30-da Bakı Musiqi Akademiyasının qarşısında “Üzeyir Musiqi Günü”nə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri və solistlər iştirak edəcəklər.

saat 14.00-da Üzeyir Hacıbəylinin ev muzeyində bəstəkara həsr olunmuş tədbir keçiriləcəkdir.

saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində “Xəlqilik, millilik, beynəlmiləllik” adlı konsert proqramı təşkil olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Festivalın təntənəli açılış mərasimi baş tutacaqdır. Tədbirdə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Rusiyanın violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqəsinin I yerin qalibi

Sergey Doqadin çıxış edəcəklər. Proqramda Üzeyir Hacıbəyli “Koroğlu” operasına Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı Simfoniyası səslənəcəkdir.

19 sentyabr

saat 12.00-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Sergey Doqadinin ustad dərsləri keçiriləcəkdir.

saat 17.00-da Bakı Musiqi Akademiyasında “Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı bəstəkarların əsərlərindən ibarət konsert keçiriləcəkdir. Konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano), Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano), Aytac Rzaquliyeva (piano) iştirak edəcəklər.

saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” muğam axşamı təşkil olunacaqdır. Tədbirdə “Könül” ansamblı və Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Teyyub Aslanov çıxış edəcəklər.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Koroğlu” üçpərdəli operası nümayiş olunacaqdır. Baş rolda Əməkdar artist Ramil Qasımovdur.

saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi təşkil olunacaqdır. Gecədə “D`accordo” barokko ansamblı Bokkerini, Sammartini, Ramo, Teleman və başqa bəstəkarların əsərlərini ifa edəcəklər.

20 sentyabr

saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimat mərasimi keçiriləcəkdir. Kitabın IV cildində 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün həyatının ümumi mənzərəsinin təhlili və tədqiqi verilmişdir.

saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında Orqan musiqi axşamı təşkil olunacaqdır. Tədbirdə Rusiyanın fortepiano və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko konsert proqramı ilə çıxış edəcəkdir.

saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində beynəlxalq müsabiqələr laureatı, pianoçu Filip Kopaçevski (Rusiya) çıxış edəcəkdir. Konsertin proqramına Frederik Şopen, İohannes Brams, Edvard Qriq, Qriqori Qinzburqun əsərləri daxildir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaqdır.

21 sentyabr

saat 14.00-da Bakı Musiqi Akademiyasında “Orqanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” mövzusunda tədbir keçiriləcəkdir. Tədbirdə beynəlxalq müsabiqələr laureatı, orqan ifaçısı Yevgeni Avramenko (Rusiya), Bakı Musiqi Akademiyasının orqan kafedrasının müəllim və tələbələri iştirak edəcəklər.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan dirijoru Lorenzo Tazzierinin rəhbərliyi ilə Cakkomo Puççininin “La Boheme” operası nümayiş olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyeva adına Rusiya Dövlət Akademik orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçiriləcəkdir. Konsert proqramına Ü.Hacıbəyli, F.Əmirov, Q. Qarayev, A.Məlikov və başqalarının əsərləri daxildir.

22 sentyabr

saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində Fortepiano musiqisi axşamı keçiriləcəkdir. Gecədə İtaliyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcəkdir. Proqramda L.V.Bethovenin № 21 “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantasiya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcəkdir.

saat 19.00-da Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcəklər. Konsertdə F.Əmirov “Azərbaycan kapriççio”su, Niyazi “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert”i səslənəcəkdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi” birpərdəli baleti tamaşaçılara təqdim olunacaqdır. Tamaşa dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunur.

23 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcəkdir. Konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, Rusiyanın tanınmış violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini (Bakıda ilk dəfə səslənir) ifa edəcəklər.

Bundan başqa konsertin proqramına K.Yenkinsin simli orkestr üçün “Palladio” və P.Hindemitin simli kvartet üçün “Minimax” (Bakıda ilk ifa) əsərləri də daxildir.

24 sentyabr

saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqında Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş dəyirmi masa və kamera musiqisi konserti keçiriləcəkdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri və solistlər Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Roldugin, P.İ.Çaykovski adına XIII beynəlxalq müsabiqəsinin II yerin mükafatçısı, pianoçu Miroslav Kultışev və beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Rəsulov çıxış edəcəklər. Konsertin proqramına D.Şostakoviç, Y.Haydn, R.Ştraus və başqa bəstəkarların əsərləri daxildir.

25 sentyabr

saat 15.00-da Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaqdır.

saat 18.00-da Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunacaqdır. Konsertdə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestri (bədii rəhbər və dirijor Vasif Axundov) və solistlər - Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli, Könül Məmmədli iştirak edəcəklər.

saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Xalq artisti, pianoçu Murad Hüseynov çıxış edəcəklər. Konsertdə İ.S.Bax, İ.Haydn, S.Raxmaninov, F.Şopen, İ.Brams, L.Bokkerini, və başqalarının əsərləri səslənəcəkdir.

saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçiriləcəkdir. Tədbirdə Respublika İncəsənət Gimnaziyasının “Qanun kvarteti”, Natavan Həsənova (qanun), Svetlana Əhmədova (piano), Emil Qurbanov (tar), Aytən Babayeva (piano), Surə Rüfət (violin), Cəmalə Abdinzadə (piano), İsmayıl Zülfüqarov (tar), Atabəy İsmayılov (piano), Sevinc Kərimova (piano), Aytən Rüstəmova (kamança), Hüseyn Nağıyev (kamança) Lalə Əhmədova (bəstəkar) və başqa gənc ifaçılar çıxış edəcəklər.

26 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Prezidentinin “Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Gecədə dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova çıxış edəcəklər.

27 sentyabr

saat 15.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimat mərasimi keçiriləcəkdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri və solist Murat Salim Tokac (təmbur) çıxış edəcəklər.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İ.Kalmanın “Silva” operettası nümayiş olunacaqdır. Baş rolda Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviçdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın “Məhsəti” operasının premyerası keçiriləcəkdir. Tamaşada Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına Xoru və baş rolda İnarə Babayeva iştirak edəcəklər.

saat 19.00-da Xəzər” Universitetinin Fikrət Əmirov Konfrans-konsert Mərkəzində “Xəzər” Simfonietta orkestrinin konserti keçiriləcəkdir. Konsertdə gənc dirijor Orxan Həşimov, Elnarə Məmmədova (vokal), Zülfiyyə Sadıqova (piano), İlham Nəzərov (vokal), Mahir Tağızadə (vokal), Ceyla Seyidova (violin), Taleh Yahyayev (vokal) və başqaları iştirak edəcəklər.

28 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın “Jizel” baleti nümayiş olunacaqdır. Tamaşada baş rollarda Nigar İbrahimova (Jizel) və Stanislav Olşanski (Albert, Ukrayna) çıxış edəcəklər.

29 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” ikipərdəli operası nümayiş olunacaqdır. Baş rollarda Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Arzu Əliyeva çıxış edəcəklər.

30 sentyabr

Festivalın bağlanış mərasimi (“Tembr.Kainat.Opera...”) saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), İlham Nəzərov (Azərbaycan), Mahir Tağızadə (Azərbaycan), Cəbrayıl İdrisov (Özbəkistan), Ümid İsrailov (Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) və başqaları çıxış edəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunacaq

Musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində hərəkət məhdudlaşdırılacaq

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanda “Üzeyir Hacıbəyli  Beynəlxalq Musiqi Festivalı”  keçiriləcək

Professor Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib

Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirilib

Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operası nümayiş olunacaq

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66