Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Toxum Fondu Yaponiyanın ən böyük investisiya şirkəti ilə ticarət əlaqələri qurur

03 Avqust 2019, 10:56 (GMT +4)

Bakı, 3 avgust, SalamNews.Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.

Fonddan SalamNews-a verilən məlumata görə, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, eləcə də azərbaycanlı alimlərin seleksiya nailiyyətləri barədə qonaqlara məlumat verib.

“Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, Azərbaycan toxumçuluq sahəsində ciddi addımlar atır. Bildirilib ki, Azərbaycanın artan inkişaf göstəricələri arasında aqrar sahənin xüsusi çəkisinin olması təsadüfi deyil. Qeyd olunub ki, kənd təsərrufatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması deməkdir. O, çoxillik təcrubəyə malik Yaponiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş perspektivlərə yol açacağını vurğulayıb.

Görüşün sonunda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” şirkəti arasında toxumçuluq sahəsində ticarət əlaqələrinin qurulması, təcrübə mübadiləsi, bazar araşdırılmasının aparılmasını nəzərdə tutan “Niyyət protokolu”nun imzalanmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko seeds” isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır. “Kaneko seeds” yarandığı 1895-ci ildən etibarən keyfiyyətli toxum istehsalı ilə məşğuldur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 3000 ton toxum emal olunub

Dövlət Toxum Fondu daha bir mağaza açıb

Dövlət Toxum Fondunun zavodlarında 1 000 ton toxum emal olunub

Dövlət Toxum Fondu bu il 2, gələn il isə 3 emal müəssisəsi istifadəyə verəcək

14 Oktyabr 2019, 13:10 (GMT +4)
“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

14 Oktyabr 2019, 13:04 (GMT +4)
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

14 Oktyabr 2019, 13:01 (GMT +4)
Əməyin Mühafizəsi Fondunun nə vaxt fəaliyyətə başlayacağı açıqlanıb

14 Oktyabr 2019, 12:58 (GMT +4)
Sabah Bakıda 26 dərəcə isti gözlənilir

14 Oktyabr 2019, 12:54 (GMT +4)
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib

14 Oktyabr 2019, 12:43 (GMT +4)
Azərbaycanda “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

14 Oktyabr 2019, 12:33 (GMT +4)
Ərbəin-ə 5 gün qalıb - Mənəvi yürüşə start verilib (VİDEO)

14 Oktyabr 2019, 12:33 (GMT +4)
Azərbaycan cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar

14 Oktyabr 2019, 12:25 (GMT +4)
ABŞ hərbi qüvvələri Suriya silahlı qüvvələrinin Mənbicə irəliləməsinə mane olur

14 Oktyabr 2019, 12:24 (GMT +4)
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

14 Oktyabr 2019, 12:11 (GMT +4)
İran parlamentində Xəzər suyunun ölkənin mərkəzi yaylalarına axıdılması layihəsi etirazla qarşılanıb

14 Oktyabr 2019, 12:07 (GMT +4)
Leyla Məmmədova: Yeni brend yaratmışıq

14 Oktyabr 2019, 11:52 (GMT +4)
Macarıstan millisinin baş məşqçisi: Azərbaycan ilə oyunda bəxtimiz gətirdi

14 Oktyabr 2019, 11:48 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 550 terrorçu zərərsizləşdirilib

14 Oktyabr 2019, 11:38 (GMT +4)
Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

14 Oktyabr 2019, 11:29 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib (FOTO)

14 Oktyabr 2019, 11:27 (GMT +4)
İran vurulan neft gəmisinin və ona dəyən maddi xəsarətlərin görüntülərini yayımlayıb (FOTO)

14 Oktyabr 2019, 11:22 (GMT +4)
Türkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb

14 Oktyabr 2019, 11:11 (GMT +4)
Baş prokurorun birinci müavini vətəndaşları qəbul edəcək

14 Oktyabr 2019, 11:04 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu qurbanlarının sayı 44 nəfərə çatıb

14 Oktyabr 2019, 10:55 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda Suriya Ordusu kürdlərin nəzarətindəki bir neçə bölgəyə daxil olub (FOTO)

14 Oktyabr 2019, 10:52 (GMT +4)
Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)

14 Oktyabr 2019, 10:31 (GMT +4)
Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

14 Oktyabr 2019, 10:23 (GMT +4)
Tramp Türkiyə sərhədləri yaxınlığında döyüşlərdə iştirak etməməyi müdrik qərar adlandırıb

14 Oktyabr 2019, 10:22 (GMT +4)
Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

14 Oktyabr 2019, 10:19 (GMT +4)
Tunisin yeni prezidentinin kimliyi məlum olub

14 Oktyabr 2019, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

14 Oktyabr 2019, 09:47 (GMT +4)
ABŞ Ayn əl-Ərəbdəki müşahidə postunu təxliyə edib

14 Oktyabr 2019, 09:36 (GMT +4)
İran-Azərbaycan sərhədində insident baş verib

14 Oktyabr 2019, 09:25 (GMT +4)
Rəsmi Dəməşqlə kürdlər razılaşıblar - Suriya Ordusu şimala doğru hərəkətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66