Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AMEA elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrini aparacaq

03 Avqust 2019, 14:28 (GMT +4)

Bakı, 3 avgust, SalamNews. Nazirlər Kabineti “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”nı təsdiqləyib.

SalamNews xəbər verir ki, qabaqcıl texnoloji avadanlıqlar dedikdə, ən son elmitexniki nailiyyətlər əsasında yaradılan və yüksək texnoloji göstəricilərə malik olan, innovativ layihələrin işlənilməsi və həyata keçirilməsi istiqamətində elmi tədqiqat işlərinin aparılmasını təmin edən müasir texniki vasitələr nəzərdə tutulur.

Reyestr ölkədə mövcud olan tədqiqat infrastrukturu haqqında məlumatların (qeydlərin) məcmusudur. Reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud olan tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir. Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən həyata keçirilir. Reyestrə dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş tədqiqat infrastrukturları daxil edilir. Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında Reyestrə daxil edilə bilər.

Reyestrə daxil edilmək üçün elmi tədqiqat mərkəzləri və laboratoriyalar AMEA-ya aşağıdakı sənədləri elektron formada AMEA tərəfindən bu məqsədlə yaradılmış elektron portalda “Ərizəçinin elektron şəxsi kabineti” vasitəsilə qeydiyyatdan keçdikdən sonra təqdim edir:

- elektron ərizə;

- elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışının surətləri;

-elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqların siyahısı (əsas texniki və texnoloji xüsusiyyətləri barədə məlumatlar göstərilməklə);

- elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqlarda elmi tədqiqat, təcrübə-konstruktor və ya texnoloji işlərin aparılması nəticəsində yaradılan müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri (olduğu təqdirdə);

- elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsulların siyahısı (olduğu təqdirdə).

Müvafiq elektron portala keçid AMEA-nın rəsmi internet saytında yerləşdirilir. AMEA tərəfindən elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi bu Qaydaya uyğun olaraq təqdim olunmuş sənədlərin ekspertizası və texnoloji avadanlıqların qiymətləndirilməsi yolu ilə həyata keçirilir. AMEA 15 iş günü müddətində bu Qaydada nəzərdə tutulmuş ekspertiza və qiymətləndirmə işlərini həyata keçirir və bu işlərin nəticəsindən asılı olaraq, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə müvafiq qərar qəbul edir. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar Reyestrə daxil edilir. Reyestrə daxil edilmiş tədqiqat infrastrukturuna onun Reyestrə daxil edilməsini təsdiq edən elektron formada arayış verilir. Arayış tədqiqat infrastrukturunun Reyestrə daxil edilməsi barədə qərar qəbul edildiyi gündən etibarən 5 iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir.

Reyestrə daxil edilməkdən aşağıdakı hallarda imtina edilir:

-ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

- təqdim olunmuş sənədlər elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına, həmçinin bu Qaydaya zidd olduqda;

- texnoloji avadanlıq qabaqcıl texnoloji avadanlıqlara münasibətdə irəli sürülən tələblərə cavab vermədikdə.

Elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların Reyestrə daxil edilməsindən imtina edilərsə, imtina səbəblərini özündə əks etdirən qərar onun qəbul edilməsindən 5 iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir. Elmi tədqiqat mərkəzləri və laboratoriyalar imtinaya səbəb olmuş halları aradan qaldırdıqdan sonra Reyestrə daxil edilmə ilə bağlı yeni müraciət təqdim edə bilərlər.

Reyestrdən çıxarılmanın əsasları aşağıdakılardır:

- AMEA tərəfindən tədqiqat infrastrukturunun Reyestrə daxil edilmə ilə bağlı tələblərə cavab vermədiyi aşkar edildikdə;

- könüllülük prinsipi əsasında müraciətlə Reyestrə daxil edilmiş tədqiqat infrastrukturunun Reyestrdən çıxarılması barədə ərizəsi;

- tədqiqat infrastrukturunun fəaliyyətinə xitam verilməsi.

Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- tədqiqat infrastrukturunun adı;

- tədqiqat infrastrukturunun hüquqi ünvanı, hüquqi ünvandan fərqlidirsə faktiki ünvanı, əlaqə telefonları, internet saytı və elektron poçt ünvanı;

- tədqiqat infrastrukturunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- tədqiqat infrastrukturunun əsas fəaliyyət istiqamətləri və istifadəsində olan qabaqcıl texnoloji avadanlıqlar barədə məlumatlar;

- tədqiqat infrastrukturunda mövcud olan qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə yaradılmış müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektləri barədə məlumatlar (olduğu təqdirdə);

- tədqiqat infrastrukturunda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsullar barədə məlumatlar (olduğu təqdirdə);

- tədqiqat infrastrukturundan üçüncü şəxslər tərəfindən istifadə olunmasının mümkünlüyü və müvafiq şərtləri barədə məlumatlar.

AMEA reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir. Reyestrdən dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, elmi müəssisə və təşkilatlar, alim və tədqiqatçılar və digər hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

AMEA-da yeni kadr təyinatları olub

AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib (SİYAHI)

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Bu gün AMEA-ya yeni prezident seçiləcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-da lisey yaradılacaq

AMEA-nın prezidenti elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb (FOTO)

Gələn il AMEA 75 yaşını qeyd edəcək

“AMEA-nın professoru” adına seçki keçirilib

AMEA magistrlərinin “Məzun günü” keçirilib

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

AMEA-nın Ümumi yığıncağı keçirilir

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66