Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Güləşçilərimiz Dünya çempionatında iki medal qazanıb

05 Avqust 2019, 09:15 (GMT +4)

Bakı, 5 avgust, SalamNews.Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı sona çatıb.

SalamNews Azərbaycan Güləş Federasiyasından verilən məluamta görə, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Sadıxlı avqustun 4-də təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən hindistanlı rəqibinə qalib gəlib. Bürünc medal uğrunda mübarizədə iranlı güləşçiyə də gücünü göstərən Fərid dünya üçüncüsü olub.

Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib. Elmir avqustun 4-də həlledici görüşdə iran pəhləvanıyla qarşılaşıb və minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.
Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.

Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib.

Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşdə iştirak şansı əldə edib. Avqustun 4-də təsəlliverici görüşdə gürcü həmkarıyla qarşılaşan Rauf inamlı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda mübarizədə moldovalı idmançıya uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. Laçın son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına adlayan 4-cü yunan-Roma güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Vəliyev qazandığı 2 xalın fonunda dünya çempionu olub!

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyanın Şika şəhəri Milli Olimpiya Komitəsi və AGF ilə əməkdaşlıq edəcək

AGF yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışlarını keçirir

AGF son 9 ildə idmançılarımızın əldə etdiyi nailiyyətləri açıqlayıb

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini AGF-nun tədbirində iştirak edib

AGF Kuboku oyunlarının ikinci günündə gənc yunan-romaçılar mübarizə aparırlar

Bakıda AGF Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək

AGF və BAOƏK arasında anlaşma memorandumu imzalanıb (FOTO)

AGF əməkdar məşqçi Ayət Rüstəmzadəni təltif edib

14 Avqust 2020, 12:45 (GMT +4)
Dövlət Vergi Xidməti: Alınmış mallara görə ödənilən ƏDV-nin 5,9 mln. manatı istehlakçılara geri qaytarılıb

14 Avqust 2020, 12:41 (GMT +4)
Litva prezidenti Lukaşenkonu qanuni prezident saymaqdan imtina edib

14 Avqust 2020, 12:21 (GMT +4)
Qırğızıstanın keçmiş prezidenti Atambayev haqqında çıxarılan hökm qüvvədə saxlanılıb

14 Avqust 2020, 12:18 (GMT +4)
BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah enbarqosu məsələsi səsverməyə çıxarılıb

14 Avqust 2020, 12:15 (GMT +4)
Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək

14 Avqust 2020, 12:01 (GMT +4)
“Yüksək Texnologiyalar Parkı” MMC-yə yeni direktor təyin edilib

14 Avqust 2020, 11:46 (GMT +4)
Mingəçevirdə gizli restoran işlədən şəxs cərimələnib

14 Avqust 2020, 11:39 (GMT +4)
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanılıb

14 Avqust 2020, 11:38 (GMT +4)
Dünyada COVID-19 virusuna yoluxanların sayı 21 milyonu keçib

14 Avqust 2020, 11:30 (GMT +4)
Azərbaycan XİN Pakistanı təbrik edib

14 Avqust 2020, 11:27 (GMT +4)
İran İsrail-BƏƏ əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

14 Avqust 2020, 11:15 (GMT +4)
Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirib

14 Avqust 2020, 11:13 (GMT +4)
Reuven Rivlin BƏƏ-nin vəliəhd şahzadəsini İsrailə dəvət edib

14 Avqust 2020, 11:00 (GMT +4)
Prezident: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

14 Avqust 2020, 10:40 (GMT +4)
Türkiyə XİN: BƏƏ-nin riyakar addımını bölgə xalqları əsla bağışlamayacaq

14 Avqust 2020, 10:40 (GMT +4)
Lənkəranda aviobomba aşkarlanıb

14 Avqust 2020, 10:36 (GMT +4)
Fələstin muxtariyyəti və HƏMAS BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsini kəskin pisləyiblər

14 Avqust 2020, 10:20 (GMT +4)
Bakıda geniş dezinfeksiya işləri aparılacaq

14 Avqust 2020, 10:18 (GMT +4)
Almaniyada koronavirusa yoluxma hallarının sayı 221 413 nəfərə çatıb

14 Avqust 2020, 10:01 (GMT +4)
Bu gün müsəlman dünyası "Mübahilə" gününü qeyd edir

14 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

14 Avqust 2020, 09:52 (GMT +4)
CNN: ABŞ COVID-19 peyvəndi hazırlamaq üçün Rusiyanın yardımından imtina edir

14 Avqust 2020, 09:40 (GMT +4)
DİM: Bu gün növbəti qəbul imtahanları keçiriləcək

14 Avqust 2020, 09:32 (GMT +4)
İran ABŞ tərəfindən dörd neft tankerinin saxlanılmasını təkzib edib

14 Avqust 2020, 09:15 (GMT +4)
Bu gündən müəllimlərin işə qəbulu başlayır

14 Avqust 2020, 09:10 (GMT +4)
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

14 Avqust 2020, 09:08 (GMT +4)
İsrail və Birləşmiş Ərəb Əmirlikləri diplomatik əlaqələrin qurulması ilə bağlı saziş imzalayıblar

14 Avqust 2020, 09:06 (GMT +4)
Lukaşenko Belarusdakı kütləvi həbsləri araşdırmağı tapşırıb

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66