Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

05 Avqust 2019, 09:01 (GMT +4)

Bakı, 5 avgust, SalamNewsAzərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir. Olimpiadanın iştirakçıları avqustun 4-dən Bakıya gəliblər.

SalamNews xəbər verir ki, avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12