Rusiyada hərbi hissənin ərazisində partlayış baş verib05 Avqust 2019, 16:47 (GMT +4) Bakı, 5 avgust, SalamNews. Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib.
SalamNews xəbər verir ki, hadisə yerinə evakuasiya üçün avtobuslar göndərilib.
Partlayış Açinsk rayonunda hərbi hissənin artilleriya anbarında baş verib.
"Evakuasiya həyata keçirilir ... orada yanğın və partlayışın baş verdiyi barədə məlumatlar var. Avtobuslar təxliyə üçün göndərilir. Bu hərbi hissədir", məlumatda deyilir.
|