Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BP ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

07 Avqust 2019, 08:00 (GMT +4)

Bakı, 7 avqust, SalamNews. BP şirkəti Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, podratçı tərəflərin adından Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini hazırlayıb və dərc edib.

SalamNews-un verdiyi xəbərə görə, sənəddə Şəfəq-Asiman dəniz blokunda kəşfiyyat quyusunun qazılması işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və təsirin azaldılması üçün görülməli tədbirlər tövsiyə edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək, minimuma endirmək və mümkün olduqda aradan qaldırmaqdır.

Hazırda Şəfəq-Asiman Kontrakt sahəsində suyun təxminən 624 metr dərinliyində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işlərinin 2019-cu ilin dördüncü rübündə başlayacağı gözlənilir.

Şəfəq-Asiman Kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə suyun dərinliyi təxminən 600-800 metr olan ərazidə yerləşir. Məhsuldar layın dərinliyi təxminən 7000 metr təşkil edir.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əsas maraqlı tərəflərin ümumi rəylərinin nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı və qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanıb və BP-nin vebsaytında yerləşdirilib:

https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html

5 avqust 2019-cu il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

• BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
• M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
• Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
• Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
• Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
• Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyli küçəsi 5, Qoqol küçəsi 2
• Libraff kitab mağazası: Hüseyn Cavid küçəsi 186 (Mirvari Park kompleksi, Blok D)
• Bakı Ali Neft Məktəbinin kitabxanası: Yeni Salyan şosesinin 3-cü km (Bakı Ali Neft Məktəbinin kampusu)

Sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəylərinizi və fikirlərinizi bildirməyə dəvət edirik. Xahiş olunur, öz rəy və təkliflərinizi 5 oktyabr 2019-cu il tarixinədək BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarovaya göndərəsiniz:
e-poçt: esiafeedback@bp.com

telefon: (012) 4046919 və ya (055) 2259013


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2019, 11:21 (GMT +4)
Energetika naziri isveçrəli iş adamlarını qəbul edib

22 Oktyabr 2019, 11:15 (GMT +4)
"BakuBuild 2019" sərgisi başlayıb

22 Oktyabr 2019, 11:01 (GMT +4)
Tramp ABŞ-ın yeni müharibələrə cəlb ediləcəyini istisna etməyib

22 Oktyabr 2019, 10:53 (GMT +4)
İctimai Şuranın növbəti iclası keçirilib

22 Oktyabr 2019, 10:47 (GMT +4)
İran məhbusların mübadiləsi məqsədilə ABŞ-a siyahı göndərib

22 Oktyabr 2019, 10:25 (GMT +4)
Xəzərdə zəlzələ olub

22 Oktyabr 2019, 10:22 (GMT +4)
Əfqanıstanda Talibanın hücumu nəticəsində 18 polis həlak olub

22 Oktyabr 2019, 10:18 (GMT +4)
Rusiya helikopterləri ABŞ-ın Rəqqadakı keçmiş bazasına enib

22 Oktyabr 2019, 10:04 (GMT +4)
Azərbaycan neftinin qiyməti ucuzlaşıb

22 Oktyabr 2019, 09:50 (GMT +4)
Zukerberq Rusiyanı 2020-ci ildə keçiriləcək ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham edib

22 Oktyabr 2019, 09:50 (GMT +4)
Suriyalılar ölkədən çıxan ABŞ hərbi karvanını daşlayıblar (VİDEO)

22 Oktyabr 2019, 09:43 (GMT +4)
Azərbaycan XİN avrokomissarın bəyanatına münasibət bildirib

22 Oktyabr 2019, 09:23 (GMT +4)
Tramp: Sərhəddəki qarşıdurmalarına görə çox sayda türk ölüb

22 Oktyabr 2019, 09:21 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

22 Oktyabr 2019, 09:14 (GMT +4)
Netanyahu İsrail hökumətini təşkil edə bilməyib və məsuliyyəti rəqibinə verib

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66