AFFA-nın Hakimlər Komitəsinin sədri AVRO-2020-nin oyununa təyinat alıb07 Avqust 2019, 13:54 (GMT +4) Bakı, 7 avqust, SalamNews.AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik AVRO-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
SalamNews AFFA-nın saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis B qrupunda keçiriləcək Lüksemburq – Serbiya qarşılaşmasının hakim-inspektoru olacaq.
Qeyd edək ki, sentyabrın 10-da Jozi Bartel stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
|