Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BMTM-in sədri: "Paşinyanın və XİN-in bəyanatı həmsədrlərin fəaliyyətinə hörmətsizliyin təzahürüdür"

07 Avqust 2019, 15:06 (GMT +4)

Bakı, 7 avqust, SalamNews"Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum”-“birləşmə” şüarından istifadə edən baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd edib. Məhz bu şüarla erməni milliyətçiləri 1988-ci ilin fevralında qanlı münaqişəyə başlayıblar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir. Məgər onlar Ermənistan Silahlı Qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiyini görmürlər?".

SalamNews xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistan XİN-in son bəyanatını şərh edərkən deyib.

O, Ermənistanda yüksək vəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələrinin ilk dəfə şahidi olmadığını bildirib: "2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra müdafiə naziri David Tanoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi. İlk gündən Azərbaycanda bilirdilər ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyətçiləri tərəfindən ilhaqı məqsədi ilə başladılmış kampaniyadır. Bununla əlaqədar olaraq 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin o zamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdiriməsinə dair məşhur fərman imzalandı. SSRİ-nin süqutundan sonra erməni milliyətçiləri taktikanı bir qədər dəyişdilər və bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşünərək özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədi ilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar. BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar.Erməni təbliğatçılarının bütün cəhdləri, o cümədən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur. Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi".

"Ermənistan rəhbərliyinin hərbi təcavüzu legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilməməsi təəssüf doğurur. Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütovlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır. Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir", - F.Şəfiyev vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66