Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir müavini: Təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik

09 Avqust 2019, 15:56 (GMT +4)

Bakı, 9 avqust, SalamNewsEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) olaraq, təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik.

SalamNews xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini dəniz ətrafındakı iaşə obyektləri tərəfindən təmizləyici qurğuların quraşdırılmasını da vacib sayıb:

“İş adamlarının bir qismi iaşə obyektlərində belə qurğular quraşdırıb, digərlərinə də müraciət edirik ki, bu avadanlıqları quraşdırsınlar. Nazirlik olaraq təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik. Çimərliyə gələnlər də yemək qalıqlarını dənizə atmasınlar”.

F.Əliyev bunu da bildirib ki, “Xəzər günü” ilə əlaqədar iməciliyin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir:

“Prezident İlham Əliyev keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir. Hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Bu gün bu aksiyada iştirak edən insanları Xəzərin çirklənməsinin qarşısını almaq birləşdirir. Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov təmizlik aksiyasının əhəmiyyətindən danışıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu siyasətdən bəhs edib, dövlət başçısının ekoloji məsələlərə xüsusi diqqət yetirdiyini bildirib.

Qeyd edək ki, bu gün “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib.

Aksiyada ETSN əməkdaşları, YAP nümayəndələri, deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak ediblər.

Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədi ilə baş tutan aksiyada 10 hektarərazi tullantılardan təmizlənib, tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqustun 12-si “Xəzər günü” kimi qeyd olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib

Çirkab suların Xəzərə axıdılmasına görə Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələnib

DSX-nin gəmisi döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzərə endirilib (FOTO)

Xəzərə axıdılan sular daim nəzarətdədir - nazir müavini

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12