Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Özəl təşkilatlarda əməkhaqqı kartları sahiblərinin sayı 18 faiz artıb

09 Avqust 2019, 17:10 (GMT +4)

Bakı, 9 avqust, SalamNews“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşdırılması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.

Vergilər Nazirliyindən SalamNews-a verilən məlumata görə, bu güzəştin tətbiqi, ilk növbədə, ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.

Belə ki, 6 ay üzrə vergi güzəştinin tətbiqindən bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib, cari ilin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Əvvəlki illərdə bu məbləğ vergi şəklində dövlət büdcəsinə ödənilirdi.

Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Cari ilin 6 ayında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3 faizi), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9 faizi), sənayedə 14,4 min (ümumi artımın 18,7 faizi), tikintidə isə 8,9 min (ümumi artımın 11,6 faizi) artıb. Beləliklə, əmək müqavilələrinin sayının artması daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunub.

Eyni zamanda, işçi sayının şəffaflaşması prosesləri özünü cari ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına da təsir göstərib.

Bütün bu proseslər nəticəsində cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əməkhaqqının artırılmasının təsirləri çıxılmaqla, 21,4 faiz artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5 faiz yüksəlib. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib, artımlar nəticəsində son illərdə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin həcmi azaldılıb.

Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 faiz artıb, proqnoz 116,3 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 46,6 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 115,6 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60,3 faiz artıb, proqnoz 121,2 faiz icra edilib.

Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu ümumilikdə 365 milyon manat artırılıb. Özəl bölmənin qeyri-neft sektorunda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi gözlənilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

Kapital Bank kartların müddətini uzadıb

İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başlayıb

Vüsal Kərimli: Kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur

Subsidiyaların mərhələli şəkildə “Fermer kartlarına” köçürülməsinə başlanılıb

SOCAR-ın daxili təqaüdünü qazanmış tələbələrə plastik kartlar verilib

Azərbaycanda bank kartlarından pul silinib

Ölkədəki ödəniş kartlarının sayı 7,5 milyon ədədə çatıb

“Azəriqaz” smart kart tipli sayğacların kartlarının verilməsində yaranmış problemi həll edib

Azərbaycanda fermerlər üçün xüsusi bank kartları hazırlanıb

Azərbaycana gələn xaricilərin bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri açıqlanıb

Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq ödəniş kartları ilə əməliyyatların aparılması dayandırılıb

Bu il Azərbaycanda ödəniş kartları ilə dövriyyə 3 dəfədən çox artıb

"Kapital Bank" hədiyyə kartları təqdim edir

“SOCAR Petroleum” yeni plastik hədiyyə kartlarının satışına başlayıb

"Azər-Türk Bank" ödəniş kartları ilə bağlı yeni kampaniya keçirir

Ödəniş kartlarının emissiyası və istifadə qaydalarına son dəyişikliklər müzakirə olunub

Bu gündən qatarlarda plastik ödəniş kartları tətbiq ediləcək (FOTO)

Azər Türk Bank korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək 

Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı addımlar atılacaq

14 Avqust 2020, 12:15 (GMT +4)
Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək

14 Avqust 2020, 12:01 (GMT +4)
Əli Abbasov işdən çıxarılıb

14 Avqust 2020, 11:46 (GMT +4)
Mingəçevirdə gizli restoran işlədən şəxs cərimələnib

14 Avqust 2020, 11:39 (GMT +4)
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanılıb

14 Avqust 2020, 11:38 (GMT +4)
Dünyada COVID-19 virusuna yoluxanların sayı 21 milyonu keçib

14 Avqust 2020, 11:30 (GMT +4)
Azərbaycan XİN Pakistanı təbrik edib

14 Avqust 2020, 11:27 (GMT +4)
İran İsrail-BƏƏ əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

14 Avqust 2020, 11:15 (GMT +4)
Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirib

14 Avqust 2020, 11:13 (GMT +4)
Reuven Rivlin BƏƏ-nin vəliəhd şahzadəsini İsrailə dəvət edib

14 Avqust 2020, 11:00 (GMT +4)
Prezident: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

14 Avqust 2020, 10:40 (GMT +4)
Türkiyə XİN: BƏƏ-nin riyakar addımını bölgə xalqları əsla bağışlamayacaq

14 Avqust 2020, 10:40 (GMT +4)
Lənkəranda aviobomba aşkarlanıb

14 Avqust 2020, 10:36 (GMT +4)
Fələstin muxtariyyəti və HƏMAS BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsini kəskin pisləyiblər

14 Avqust 2020, 10:20 (GMT +4)
Bakıda geniş dezinfeksiya işləri aparılacaq

14 Avqust 2020, 10:18 (GMT +4)
Almaniyada koronavirusa yoluxma hallarının sayı 221 413 nəfərə çatıb

14 Avqust 2020, 10:01 (GMT +4)
Bu gün müsəlman dünyası "Mübahilə" gününü qeyd edir

14 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

14 Avqust 2020, 09:52 (GMT +4)
CNN: ABŞ COVID-19 peyvəndi hazırlamaq üçün Rusiyanın yardımından imtina edir

14 Avqust 2020, 09:40 (GMT +4)
DİM: Bu gün növbəti qəbul imtahanları keçiriləcək

14 Avqust 2020, 09:32 (GMT +4)
İran ABŞ tərəfindən dörd neft tankerinin saxlanılmasını təkzib edib

14 Avqust 2020, 09:15 (GMT +4)
Bu gündən müəllimlərin işə qəbulu başlayır

14 Avqust 2020, 09:10 (GMT +4)
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

14 Avqust 2020, 09:08 (GMT +4)
İsrail və Birləşmiş Ərəb Əmirlikləri diplomatik əlaqələrin qurulması ilə bağlı saziş imzalayıblar

14 Avqust 2020, 09:06 (GMT +4)
Lukaşenko Belarusdakı kütləvi həbsləri araşdırmağı tapşırıb

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66