Qurban bayramı ilə bağlı atəşkəs təklifi Liviyada müsbət qarşılanmayıb - Qarşıdurmalar davam edir
10 Avqust 2019, 12:17 (GMT +4)
Bakı, 10 avqust, SalamNews, B.Samid. BMT-nin Liviya münaqişəsi üzrə müsəlman təmsiliçisi Qassan Səlamənin təklifinə baxmayaraq, ölkənin əksər hissəsini nəzarətdə saxlayan Xəlifə Haftarın ordusu Qurban bayramı günlərində atəşkəsin bərpası təklifinə müsbət cavab verməyib.
SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, general Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu" qurbanlıqla bağlı atəşkəsin bərpası təklifinə müsbət cavab verməyib.
"Liviya Milli Ordusu" mənfi cavabın səbəbini açıqlamayıb.
Paytaxt Tripoli və ətrafı nəzarətdə saxlayan "Milli Barışqı Hökuməti" BMT təmsilçisi Qassan Səlamənin atəşkəs təklifinə müsbət cavab versə də hər iki tərəf son günlərdə qarşılıqlı hücum sərgiləyiblər.
Xatırladaq ki, cari ilin aprel ayının əvvəlindən General Xəlifə Həftərin başçılıq etdiyi "Liviya Milli Ordusu" (bu qüvvələr paytaxt Tripoli və bəzi sahil rayonları istisna olmaqla ölkənin əksər hissəsini nəzarətdə saxlayır) paytaxt Tripoli istiqamətdə hücuma başlayıb. Beynəlxalq ictimaiyyətin dəstəklədiyi "Milli Barışıq Hökuməti" general Xəlifə Haftarın ordusunun qarşısını almaq üçün bir neçə dəfə BMT TŞ-a şikayət edib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.