Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Beynəlxalq nüfuza malik «Abu Dhabi national Pro» ilk dəfə Azərbaycanda keçirilib (FOTOLENT)

08 Avqust 2019, 10:13 (GMT +4)

Bakı, 8 avqust, SalamNews. Bakıda yerləşən "Sərhədçi" idman və olmpiya mərkəzində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.

SalamNews xəbər verir ki, keçirilən çempionatda dünyanın 13 ölkəsindən gəlmiş 30 komandanın idmançıları iştirak ediblər. Ümumilikdə 172 idmançının gücünü sınadığı yarışda müxtəlif çəki dərəcələri və kəmər sahibləri birincilik uğrunda mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirinin Protokol rəisi Şiraslan Kərimov ölkə rəhbərliyinin idmana ayırdığı diqqət və qayğıdan danışıb. İdmana diqqətin ümummilli lider Heydər Əliyevin yolu olduğunu vurğulayan nazirlik rəsmisi bu yolun bu gün də layiqincə davam etdirildiyindən danışıb.

Daha sonra çıxış edən dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria Azərbaycanda da bu idman növünün artıq kifayət qədər tanınmasından və günü-gündən populyarlaşmasından danışıb. Daha sonra o da Azərbaycan Dövlətinin bu yarışın keçirilməsi üçün öz dəstəyini əsirgəməməsindən məmnunluq hissi duyduğunu deyib.

Bundan sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov tədbirlə bağlı öz təəssüratlarını paylaşaraq Azərbaycan idman tarixində bir ilkə imza atdıqlarını deyib. "Bu gün bu cür beynəlxalq və mötəbər turnirin Azərbaycanda keçirilməsi məhz dövlətin apardığı idman siyasətinin bir nəticəsidir ki, bu gün biz də bundan bəhrələnirik. Azərbaycanda idmana olan diqqət və qayğı beynəlxalq federasiyaların da bu cür turnirləri ölkəmizdə keçirməyə can atmasına səbəb olur. Braziliya Ciu-Citsu idman növü üzrə belə böyük bir turnirin Azərbaycanda keçirilməsinə nail olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Çünki biz bu sahədə bir ilkə imza atmışıq."

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisi Füzuli Musayev də fəxri qonaqlar arasında idi. O da açılış mərasimində çıxış edərək Azərbaycanda bu idman növünə marağın artaraq davam etməsindən və qısa vaxt ərzində azərbaycanlı idmançıların əldə etdiyi böyük nailiyyətlərdən danışaraq onlara gələcək də də uğurlar arzulayıb.

Bundan sonra tədbirdə "Suvar" ləzgi xalq ansanblının ifasında milli rəqslər nümayiş etdirilib. Məşhur müğənnilər Roza Zərgərli və Məryəm Şabanova da öz ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.

Onu da qeyd edək ki, Braziliya Ciu-Citsu idman növü üzrə beynəlxalq yarış və turnirlərin keçirilməsi bir neçə nüfuzlu qurumun əlində cəmləşmişdir ki, bunlardan biri də Əbu Dabi Federasiyasıdır. Azərbaycanda isə bu idman növü üzrə artıq neçə illərdir ki, yerli yarış və çempionatlar keçirilməsinə baxmayaraq ölkəmiz bu dman növü üzrə ilk dəfədir ki, belə böyük bir turnirə ev sahibliyi edir. Yəni ilk dəfə olaraq ölkəmizdə "Abu Dhabi national Pro" yarışı keçirilir. Belə mötəbər yarışın ölkəmizdə keçirilməsində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin böyük rolu olmuşdur.

Məlumat olaraq onu da qeyd edək ki, Braziliya Ciu-Citsu idman növünü ilk dəfə gətirən Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov olmuşdur. Onun bu idman növünün ölkəmizdə yayılmasında müstəsna xidmətləri var. Artıq uzun illərdir ki, bu idman növünün ölkəmizdə populyarlıq qazanması üçün əlindən gələni edən Taleh Həsənov ictimai birliyi təsis edərək yüzlərlə tələbənin yetişməsinə, müxtəlif turnirlərdə ölkəmizi layiqli şəkildə təmsil etməsinə nail olmuşdur.

Bundan başqa "Abu Dhabi International Pro" kimi mötəbər turnirin ölkəmizdə keçirilməsi üçün ictimai birliyin sədrinin birinci müavini Rəsul Məmmədovun, ictimai birliyin prezidenti Aqil Acalovun, ictimai birliyin birinci vitse-prezidenti Murad Cəfərovun, ictimai birliyin mədəniyyət üzrə vitse-prezidenti Zavir Nəcəfovun da böyük əməyi olmuşdur.

Tədbirdən sonra yarış üçün Azərbaycana gələn idmançılar öz güclərini sınamağa başlayıblar. Yarışın sonunda komanda hesab ilə Azərbaycan komandası birinci yerə çıxıb və təltif olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ciu-citsu üzrə Bakı şəhər çempionatı keçirilib

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66