Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanın Energetika naziri BƏƏ-də bir sıra görüşlər keçirib

11 Sentyabr 2019, 09:00 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews.Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində səfərdə olan Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Energetika nazirinin Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırki vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Pərviz Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək, “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib. Fatih Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək, Strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.  

Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər isə Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşdə müzakirə edilib. Bu ilin aprelində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində dövlət başçısının Çinə səfərinin və imzalanan sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də enerji sektorunda əlaqələrin genişlənməsi üçün yaratdığı imkanları xatırladıb. Nazir Çin şirkətlərini bərpa olunan enerji sahəsində fəal iştiraka dəvət edib.  

Nazir Dünya Neft Şurasının prezidenti Tor Fyeranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Tor Fyeran 24-cü Dünya Neft Konqesinə ev sahibliyi etmək üçün keçirilmiş səsvermədə Azərbaycanın yüksək nəticə göstərdiyini vurğulayıb və ölkəmizlə qurum çərçivəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı təklifləflərini diqqətə çatdırıb. Cari və növbəti illərdə Dünya Neft Şurasının müxtəlif tədbirlərində Azərbaycanın təmsil olunması, Tor Fyeranın ölkəmizə gözlənilən səfəri, eləcə də neft-kimya və neft emalı sahəsində inkişaf tendendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Monqolustanın Energetika naziri Çerenpil Davasurenlə görüşdə isə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq,  eləcə də Monqolustan tələbələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaları ilə bağlı məsələlər müzakirə edilib. “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. Həmçinin Monqolustanın neft sektorunun inkişafında Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.

Səfər çərçivəsində həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui,  Dünya Enerji Şurasının həmsədri Jean Marie Dauger, Hindistanın Neft və Qaz naziri Dharmendra Pradhan ilə də görüşlər keçirilib və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Bakı, 10 avqust, SalamNews. Mərkəzi ofisi Berlində yerləşən Neutrino Energy Group şirkəti, şüalanmanın görünməyən spektrinin kosmik hissəciklərindən elektrik enerjisinin alınması üçün NEUTRINOVOLTAIC (Патент WO2016142056A1) texnologiyasının laboratoriya sınaq işlərinin yekunlaşdığını elAzərbaycanın Energetika naziri BƏƏ-də bir sıra görüşlər keçirib
 
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində səfərdə olan Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Energetika nazirinin Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırki vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Pərviz Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək, “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib. Fatih Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək, Strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.  
Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər isə Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşdə müzakirə edilib. Bu ilin aprelində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində dövlət başçısının Çinə səfərinin və imzalanan sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də enerji sektorunda əlaqələrin genişlənməsi üçün yaratdığı imkanları xatırladıb. Nazir Çin şirkətlərini bərpa olunan enerji sahəsində fəal iştiraka dəvət edib.  
Nazir Dünya Neft Şurasının prezidenti Tor Fyeranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Tor Fyeran 24-cü Dünya Neft Konqesinə ev sahibliyi etmək üçün keçirilmiş səsvermədə Azərbaycanın yüksək nəticə göstərdiyini vurğulayıb və ölkəmizlə qurum çərçivəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı təklifləflərini diqqətə çatdırıb. Cari və növbəti illərdə Dünya Neft Şurasının müxtəlif tədbirlərində Azərbaycanın təmsil olunması, Tor Fyeranın ölkəmizə gözlənilən səfəri, eləcə də neft-kimya və neft emalı sahəsində inkişaf tendendensiyaları barədə fikir mübadiləsi aparılıb.
Monqolustanın Energetika naziri Çerenpil Davasurenlə görüşdə isə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq,  eləcə də Monqolustan tələbələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaları ilə bağlı məsələlər müzakirə edilib. “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. Həmçinin Monqolustanın neft sektorunun inkişafında Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.
Səfər çərçivəsində həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui,  Dünya Enerji Şurasının həmsədri Jean Marie Dauger, Hindistanın Neft və Qaz naziri Dharmendra Pradhan ilə də görüşlər keçirilib və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.an edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1 112 müraciət daxil olub

Energetika Nazirliyi "McKinsey&Company" ilə müqavilə imzalayıb

Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

Energetika nazirinə yeni müavin təyin edilib

Energetika Nazirliyi qanvermə aksiyasında iştirak edib

Energetika Nazirliyi I rübdə inzibati xətalarla bağlı statistikanı açıqlayıb

Energetika Nazirliyi I rübdə 60 icazə verib

Energetika Nazirliyinə 2 000-dən çox müraciət daxil olub

Energetika Nazirliyi vətəndaş qəbulunun keçirilməsini dayandırıb

Energetika naziri və müavinləri üç rayonda vətəndaşları qəbul edəcək

Energetika naziri Salyanda vətəndaşları qəbul edib

Energetika nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib

Energetika Nazirliyində qəbul keçirilib

AzTU tələbələri Moskva Energetika İnstitutunun beynəlxalq təcrübə proqramında iştirak edəcəklər

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub

Energetika naziri “Türk axını” boru kəməri ilə bağlı mərasimdə iştirak edəcək

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

11 İyul 2020, 12:53 (GMT +4)
Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66