Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bugünədək “Poçtap” xidməti ilə 1407 sənəd qəbul olunub

14 Avqust 2019, 16:59 (GMT +4)

Bakı, 14 avqust, SalamNews.Bugünədək “Poçtap” sayəsində “Azərpoçt” MMC-nin filial və şöbələrində 1407 sənəd qəbul olunub.

MMC-dən SalamNews-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.

Bugünədək “Azərpoçt” tərəfindən qəbul olunmuş 1407 sənəddən 447-si sahibinə çatdırılıb, 954 sənəd isə aidiyyəti üzrə qurumlara təhvil verilib. Hazırda poçt filialları və şöbələrində 6 sənəd sahibini gözləyir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

Sənədini itirən şəxs “Poçtap” xidmətinin “www.pochtap.az” internet səhifəsindən, “169” saylı Çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, “http://www.pochtap.az” internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı informasiya almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Almaniya nümayəndə heyəti ilə NRYTN-də görüş keçirilib

Məsafə qət etmədən evlərə və ofislərə yeni telefon xətti çəkdirmək olar - NRYTN

17 Oktyabr 2019, 15:18 (GMT +4)
ABŞ vitse-prezidenti Ankaraya gəlib

17 Oktyabr 2019, 15:16 (GMT +4)
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

17 Oktyabr 2019, 15:15 (GMT +4)
Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

17 Oktyabr 2019, 15:10 (GMT +4)
AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

17 Oktyabr 2019, 14:53 (GMT +4)
Prezident: Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

17 Oktyabr 2019, 14:48 (GMT +4)
Kreml Trampın Ərdoğana yazdığı məktubun qeyri-adi üslübda olduğunu açıqlayıb 

17 Oktyabr 2019, 14:41 (GMT +4)
Dünya çempionatında 7 medal qazanan usta cüdoçular Vətənə qayıdıblar

17 Oktyabr 2019, 14:16 (GMT +4)
Ərbəin ziyarətində milyonlarla zəvvara müxtəlif xidmətlər göstərilir (VİDEO)

17 Oktyabr 2019, 14:07 (GMT +4)
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək

17 Oktyabr 2019, 14:05 (GMT +4)
Aİ və İngiltərə Brexit üzrə yeni razılaşma əldə ediblər

17 Oktyabr 2019, 13:57 (GMT +4)
Kataloniyada etiraz aksiyalarının üçüncü günündə 40-dan çox insan xəsarət alıb

17 Oktyabr 2019, 13:50 (GMT +4)
Sabah Bakıda 26 dərəcə isti gözlənilir

17 Oktyabr 2019, 13:36 (GMT +4)
Dünya Bankı və BVF illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

17 Oktyabr 2019, 13:16 (GMT +4)
Fuad Muradov UNEC-də olub (FOTO)

17 Oktyabr 2019, 13:11 (GMT +4)
Nablusda İsrail qüvvələri fələstinlilərin askiyasına müdaxilə edb - Azı 51 yaralı var

17 Oktyabr 2019, 13:00 (GMT +4)
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə etməkdə maraqlıdır

17 Oktyabr 2019, 12:53 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək

17 Oktyabr 2019, 12:42 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

17 Oktyabr 2019, 12:34 (GMT +4)
Nazirlik: Azərbaycanda işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

17 Oktyabr 2019, 12:17 (GMT +4)
Mübariz Qurbanlının yeni kitabı nəşr olunub

17 Oktyabr 2019, 12:10 (GMT +4)
Məkkə-Mədinə yolunda zəvvar avtobusu yanıb - Azı 35 nəfər həlak olub (FOTO)

17 Oktyabr 2019, 12:09 (GMT +4)
Səfirlik: Yaponiyada baş verən “Hagibis” tufanı nəticəsində azərbaycanlılar xəsarət almayıb

17 Oktyabr 2019, 12:00 (GMT +4)
Türkiyə prezidenti ABŞ vitse-prezidentini qəbul edəcək

17 Oktyabr 2019, 11:56 (GMT +4)
Trampın müşaviri Türkiyə Müdafiə naziri ilə Suriyadakı vəziyyəti müzakirə edib

17 Oktyabr 2019, 11:45 (GMT +4)
Qusarda yeni qadın resurs mərkəzi açılıb

17 Oktyabr 2019, 11:44 (GMT +4)
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

17 Oktyabr 2019, 11:41 (GMT +4)
İraq Suriya kürdlərinin həbsxanalarından «qaçan» İŞİD üzvlərini ələ keçirib

17 Oktyabr 2019, 11:33 (GMT +4)
Azərbaycan Prezidenti: İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur

17 Oktyabr 2019, 11:22 (GMT +4)
Azercell-in “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə fəaliyyət göstərir

17 Oktyabr 2019, 11:07 (GMT +4)
Həmsədrlər Azərbaycana gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66