Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda minimum pensiya artımı 660 min nəfəri əhatə edəcək

15 Avqust 2019, 17:20 (GMT +4)

Bakı, 15 avqust, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Eyni zamanda, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 14 avqust 2019-cu il tarixli Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. əməkhaqlarının ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm bir addımdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN-də İsveçrə səfiri ilə görüş olub

ƏƏSMN elektron məlumat mübadiləsinə başlayır

ƏƏSMN: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb

ƏƏSMN: 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib

Beynəlxalq konfransda ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub (FOTO)

ƏƏSMN bu il 838 nəfəri peşə hazırlığına cəlb edib

ƏƏSMN işəgötürənlərə müraciət edib

ƏƏSMN: 500 nəfər əlilin biznes qurmasına dəstək veriləcək

ƏƏSMN ilə IFC arasında Anlaşma Memorandumu layihəsi hazırlanıb

Asiya İnkişaf Bankı ilə ƏƏSMN arasında fikir mübadiləsi aparılıb

ƏƏSMN-də kollegiya iclası keçirilib

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

ƏƏSMN: 300-dən çox şəxsin pensiyası aşağı məbləğdə hesablanıb

ƏƏSMN:İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

ƏƏSMN-in “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”si təsdiqlənib

ƏƏSMN: 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

ƏƏSMN proqnozlaşdırma metodologiyası hazırlayır

ƏƏSMN: Autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar

ƏƏSMN və KİVDF birgə müsabiqə elan edib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

16 Sentyabr 2019, 12:10 (GMT +4)
Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 11:54 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə və ABŞ ehtiyat neftindən götürməyə başlayıblar

16 Sentyabr 2019, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda 300 nömrəli məktəbin açılışında iştirak edib

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

16 Sentyabr 2019, 10:06 (GMT +4)
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16 Sentyabr 2019, 09:45 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Sentyabr 2019, 09:41 (GMT +4)
Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

16 Sentyabr 2019, 09:21 (GMT +4)
Elmar Məmmədyarov Avropaya yola düşüb

16 Sentyabr 2019, 09:07 (GMT +4)
Husilərin hücumundan sonra neftin qiyməti 19 faiz artıb

16 Sentyabr 2019, 09:00 (GMT +4)
Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66