Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsinə müraciətlərin qəbuluna başlanılıb

16 Avqust 2019, 12:26 (GMT +4)

Bakı, 16 avqust, SalamNews. Şərqi Avropanın kommunikasiyalar sahəsində ən böyük müsabiqəsi olan “Eventiada IPRA Golden World Awards” müsabiqəsinə müraciətlərin qəbuluna start verilib.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasından (APRA) SalamNews-a bildirilib ki, müsabiqədə iştirakla bağlı müraciətlər sentyabrın 30-dək qəbul olunur. 1990-cı ildən etibarən keçirilən müsabiqə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) tərəfindən təşkil edilir.

“Azərbaycanlı mütəxəssislərin kommunikasiyalar sahəsində peşəkarlığını nümayiş etdirmənin effektiv yollarından biri də “Eventiada IPRA Golden World Awards” kimi nüfuzlu beynəlxalq müsabiqələrdə milli layihə və keyslərlə iştirak etməkdir. Bu müsabiqənin istənilən nominasiyasında qalibiyyət ölkəmizin peşəkar icması üçün ciddi bir hədiyyə olardı”, - deyə müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvü, APRA və “Baku School of PR” şirkətinin rəhbəri İlham Məmmədzadə vurğulayıb.

Ötən il sentyabrın 1-dən bu il sentyabrın 1-dək Rusiya, MDB, Avropa və Mərkəzi Asiya ölkələrində həyata keçirilmiş layihələr üzrə müraciətlər “www.eventiada.com” saytında rus və ingilis dillərində qəbul olunur. Bütün nominasiyalar üzrə layihələrə beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən baxılacaq. Əlavə olaraq, müsabiqə ərzində ali mükafat olan “Grand Prix”, eləcə də fərdi mükafatlar - “İlin adamı”, “İlin PR-rəhbəri” və “Peşəyə verdiyi töhfəyə görə” nominasiyalar öz sahiblərini tapacaq.

Builki müsabiqədə “Beynəlxalq standartlara uyğun gələn ən yaxşı layihə”, “Yeni alətlərin tətbiqi ilə ən yaxşı innovativ layihə”, “Ən yaxşı beynəlxalq layihə”, “KSM sahəsində ən yaxşı layihə” və sair nominasiyalarda layihələr qiymətləndiriləcək.

Müsabiqənin qrafikinə uyğun olaraq oktyabrın 1-dək müraciətlərin təqdim edilməsi ilə bağlı güzəştli tariflər, oktyabrın 6-dan 13-dək ekspertlər şurasının, oktyabrın 14-dən 18-dək münsiflər heyətinin, noyabrın 11-12-də Qran-Pri nominasiyası üzrə səsverməsi keçiriləcək.

Noyabrın 12-də Moskvada mükafatların təntənəli təqdimetmə mərasimi olacaq.

Müsabiqə haqda daha ətraflı məlumatı “www.eventiada.com” veb-səhifəsndən əldə etmək mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

APRA və İPRA birgə əməkdaşlığa dair müzakirələr aparıb

Spiros Kapralos: Azərbaycan birinci Avropa Oyunlarını yüksək standartlar səviyyəsində təşkil edib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

16 Sentyabr 2019, 12:10 (GMT +4)
Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 11:54 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə və ABŞ ehtiyat neftindən götürməyə başlayıblar

16 Sentyabr 2019, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda 300 nömrəli məktəbin açılışında iştirak edib

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

16 Sentyabr 2019, 10:06 (GMT +4)
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16 Sentyabr 2019, 09:45 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Sentyabr 2019, 09:41 (GMT +4)
Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

16 Sentyabr 2019, 09:21 (GMT +4)
Elmar Məmmədyarov Avropaya yola düşüb

16 Sentyabr 2019, 09:07 (GMT +4)
Husilərin hücumundan sonra neftin qiyməti 19 faiz artıb

16 Sentyabr 2019, 09:00 (GMT +4)
Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66