Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi

16 Avqust 2019, 11:45 (GMT +4)

Bakı, 16 avqust, SalamNews.Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

SalamNews-un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib.

General-polkovnik vurğulayıb ki, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib: “Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti və qəhrəmanlıqları dayanır.

Bu gün əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir!

2016-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silah və texnika ilə təchizatlanmış Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları dəqiq zərbələrlə darmadağın edildi, bununla da hərbi qüdrətimiz bütün dünyaya nümayiş etdirildi. Bu döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirakı, ümumi qələbənin əldə olunmasına ciddi töhfə vermələri hər bir Azərbaycan sərhədçisinin qürur yeri, Azərbaycanın sərhəd mühafizəsi tarixinin daha bir şanlı səhifəsidir!”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSX: Qazax və Ağstafada erməni təxribatlarının qarşısı alınıb

DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

DSX: Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb

DSX rəisi təmas xəttində yerləşən döyüş məntəqələrinin vəziyyətini yoxlayıb (FOTOLAR)

DSX rəisi Ermənistanla sərhədə gedib, düşmən təxribatlarının qarşısının alınması barədə tapşırıq verib

DSX: Düşmən təxribatı nəticəsində mülki şəxs həlak olub

DSX: Azərbaycan-İran sərhədində silahlı insident baş verib, 3 sərhəd pozucusu öldürülüb

DSX və DİN birgə əməliyyat keçirib

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

Prezident İlham Əliyev DSX-nin şəxsi heyətini təbrik edib

DSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib

DSX-nın üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verilib

Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib

DSX Akademiyasında yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıblar (FOTO)

DSX Xəzərdə təlimlər keçirib (FOTO/VİDEO)

DSX: Ermənistanın təxribatının qarşısını alan zaman yaralanan əsgər əməliyyat olunub (FOTO)

DSX: Düşmən atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib

DSX Neftçala rayonu istiqamətində dənizdə batan şəxslərlə bağlı məlumat yayıb

DSX 19 kq-a yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

DSX-nin rəisi Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

15 Fevral 2020, 16:53 (GMT +4)
Səudiyyənin Yəmənin əl-Couf əyalətinə aviazərbələrində ölənlərin sayı 41-ə çatıb

15 Fevral 2020, 16:53 (GMT +4)
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

15 Fevral 2020, 16:46 (GMT +4)
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

15 Fevral 2020, 16:37 (GMT +4)
Trampın məsləhətçisi koronavirusun ABŞ iqtisadiyyatına təsirindən danışıb

15 Fevral 2020, 16:27 (GMT +4)
Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

15 Fevral 2020, 16:15 (GMT +4)
Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

15 Fevral 2020, 16:06 (GMT +4)
MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

15 Fevral 2020, 15:47 (GMT +4)
İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

15 Fevral 2020, 15:40 (GMT +4)
Fransa səfiri: Azərbaycan beynəlxalq idman arenasında mühüm rol oynayır

15 Fevral 2020, 15:35 (GMT +4)
Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı tapşırıqlar verib

15 Fevral 2020, 15:22 (GMT +4)
İsmayıllı sakinlərindən silah götürülüb

15 Fevral 2020, 15:13 (GMT +4)
ABŞ AB-dən idxal edilən təyyarələrə rüsumları artırır

15 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ bazasına hücumla bağlı Vaşinqtonun özünün etiraf etməsini istəyirik - Sepah

15 Fevral 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

15 Fevral 2020, 14:52 (GMT +4)
Naxçıvanda əhalinin sayı 460 minə yaxınlaşıb

15 Fevral 2020, 14:46 (GMT +4)
Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

15 Fevral 2020, 14:41 (GMT +4)
Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır

15 Fevral 2020, 14:40 (GMT +4)
Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

15 Fevral 2020, 14:40 (GMT +4)
Haitidə yanğında ölən uşaqların sayı artıb

15 Fevral 2020, 14:35 (GMT +4)
Azərbaycan Triatlon Federasiyası ön sıralarda qərarlaşıb

15 Fevral 2020, 14:29 (GMT +4)
Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

15 Fevral 2020, 14:17 (GMT +4)
Maduro Quaydonun həbs ediləcəyinə söz verib  

15 Fevral 2020, 14:05 (GMT +4)
Əfqanıstan hökuməti ABŞ-la Talibanın sülh danışıqlarına ümidvar olduğunu bildirib

15 Fevral 2020, 13:52 (GMT +4)
Çinin hər yerindən 25 mindən çox həkim Hubeyə gəlib

15 Fevral 2020, 13:34 (GMT +4)
ABŞ və Rusiya "START-3"ün uzadılmasını müzakirə edib

15 Fevral 2020, 13:30 (GMT +4)
Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib

15 Fevral 2020, 13:23 (GMT +4)
Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66