Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda tədbir keçirilib

16 Avqust 2019, 14:58 (GMT +4)

Bakı, 16 avqust, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi tərəfindən həyata keçirilən “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”n da layihə barədə məlumat verən layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə diqqəti yönəltmək, ayrı-ayrı aşıqların yaradıcılıq nümunələrindən seçmələr edərək kitab nəşr etdirib geniş ictimaiyyətə təqdim etməkdir.

Qeyd edib ki, aşıqlar həmişə cəmiyyətinən fəal hissəsi olub, xalqın qəhrəmanlarını sevə- sevə tərənnüm ediblər. Dövrümüzdə yaşayan və poetik yaradıcılıqla da məşğul olan aşıqlarımızın əsərlərində də ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun möhkəmləndirilməsi, ümummilli liderimiz Heydər Əliyev siyasətinin dönmədən həyata keçirilməsi, eləcə də torpaqlarımızın erməni işğalından azad olunması uğrunda öz canlarından keçmiş qəhrəman oğullarımızın tərənnüm olunması mühüm yer tutur. Ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda, xüsusilə də gənclərin vətənpərvərlik və qəhrəmanlıq ruhunun daha da artırılması üçün aşıqlarımızın bu mövzularda yazdığı şeirlərin geniş ictimaiyyət arasında təbliğ olunması vacibdir.

Layihə çərçivəsində növbəti tədbir Gədəbəy rayonundakı Aşıq Musiqisi məktəbində keçirilib. İctimai Birliyin əməkdaşları rayonda yaşayıb fəaliyyət göstərən aşıqlarla görüşərək layihənin keçirilməsinin məqsədindən danışıblar, onlardan bədii yaradıcılıqla məşğul olanların qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazdıqları şeirlərdən nümunələri hazırlanacaq kitaba daxil edilmək üçün götürülüb.

Gədəbəy Rayon İcra Hakimiyyətiənin Başçının müavini- İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiriVəfa xanım Allahverdiyeva çıxış edərək bildirdi ki, bu gün saza tapınmaq həm də tariximizə tapınmaqdır. Bədii yaradıcılıq forması kimi bu sənətin kökləri xalqımızın dərin tarixinə, mövcudluq təcrübəsinə söykənir və həyatın özü onu daim zənginləşdirir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir-xalqın azadlıqsevərliyi, igidlərin qəhrəmanlığı, onların cəsurluğu, alicənablıq, düzgünlük və xeyirxahlıq kimi milli xüsusiyyətlərin hər biri tariximizin bir səhifəsinə ayna tutan qəhrəmanlıq və məhəbbət dastanlarında öz əksini tapıb, aşıqlarımızın sazında-sözündə nəsillərdən nəsillərə keçərək bu günümüzə gəlib çatıb.
Son illərdə bir sıra uğurlu layihələrə imza atan, mədəniyyətimizin, xüsusilə də aşıq sənətinin inkişafına böyük töhfələr verən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyində yeni layihə üzərində işlər gedir.

Gədəbəy Aşıq Musiqisi məktəbinin də yaxından iştirakı ilə keçirilən tədbirdə, həmçinin aşıq sənətinin bu günü və sabahı ilə bağlı məsələlər də müzakirə olunub.

Hazırlanacaq kitabda daha çox aşıqların vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdıqları şeirlərin yer alması üçün qarşıdakı həftələrdə aşıq sənətinin daha çox inkişaf etdiyi Qazax, Şamaxı və digər rayonlarda da belə görüşlər keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Aşıq Şəmşir” Ocağı aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Qurtuluş Gününə həsr edilmiş tədbir keçirib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı xeyriyyə aksiylarını davam etdirir

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı növbəti yardımı edib (FOTO)

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı yardım aksiyasını davam etdirir

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri dövlət başçısına minnətdarlıq edib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı növbəti dəfə xeyriyyə aksiyası keçirib (FOTO)

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

 “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi anım mərasimi təşkil edib (VİDEO)

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal" kampaniyasına qoşulur (FOTO)

"Aşıq Şəmşir"Mədəniyyət Ocağı Prezidentin təşəbbüsünə qoşulub

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Şamaxıda tədbir keçirib

Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub

Aşıq Şəmşirin yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimi Birliyində ulu öndər Heydər Əliyev anılıb

Xaçmazda Aşıq Şəmşirin büstü ucaldılıb

Binəqədidə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçirib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin sədri Mehriban Əliyevanı təbrik edib

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

11 Avqust 2020, 16:15 (GMT +4)
Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

11 Avqust 2020, 16:13 (GMT +4)
Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

11 Avqust 2020, 16:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

11 Avqust 2020, 15:45 (GMT +4)
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

11 Avqust 2020, 15:30 (GMT +4)
Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olub

11 Avqust 2020, 15:27 (GMT +4)
Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

11 Avqust 2020, 15:20 (GMT +4)
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

11 Avqust 2020, 15:07 (GMT +4)
Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

11 Avqust 2020, 15:00 (GMT +4)
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır

11 Avqust 2020, 14:46 (GMT +4)
DİM: 13-14 avqustda 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

11 Avqust 2020, 14:30 (GMT +4)
Azərbaycanda 80 evdən oğurluq edən şəxslər tutulub

11 Avqust 2020, 14:27 (GMT +4)
İranda son sutkada 184 nəfərin koronavirusdan ölümü qeydə alınıb

11 Avqust 2020, 14:15 (GMT +4)
Təbiətə ziyan vuran şirkət cəzalandırılıb

11 Avqust 2020, 14:01 (GMT +4)
Sabahdan müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı başlayır

11 Avqust 2020, 13:50 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib (FOTOLAR)

11 Avqust 2020, 13:43 (GMT +4)
İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib

11 Avqust 2020, 13:35 (GMT +4)
Dünyada ilk dəfə koronavirus vaksini Rusiyada qeydiyyatdan keçib

11 Avqust 2020, 13:35 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Avqust 2020, 13:16 (GMT +4)
İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib

11 Avqust 2020, 13:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

11 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 Avqust 2020, 12:40 (GMT +4)
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

11 Avqust 2020, 12:40 (GMT +4)
Türkiyənin hərbi gəmiləri ölkənin kəşfiyyat-axtarış gəmisini Aralıq dənizində müşayiət etməyə başlayıblar

11 Avqust 2020, 12:30 (GMT +4)
Tramp koronavirusun siyasiləşdirilməsinə son qoymağa çağırıb

11 Avqust 2020, 12:15 (GMT +4)
«Əshabi-Kəhf» İraqda ABŞ hərbi maşınlarını partlatdığını bildirib (VİDEO)

11 Avqust 2020, 12:15 (GMT +4)
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11 Avqust 2020, 12:00 (GMT +4)
Qusara istirahətə gələn 18 nəfər cərimələnib

11 Avqust 2020, 11:54 (GMT +4)
Seçkidə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Belarusu tərk edib

11 Avqust 2020, 11:50 (GMT +4)
Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66