Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

17 Avqust 2019, 10:52 (GMT +4)

Bakı, 17 avqust, SalamNews.Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradılır.

Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, layiqli dövlət qulluqçusu kimi formalaşmaları, bilik, bacarıq və potensialından səmərəli istifadə olunmaları istiqamətində məqsədyönlü işlər görülür. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 15 ildə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində mütəmadi keçirilən müsabiqələr əsasında 2300 nəfərə yaxın gənc qulluğa qəbul olunub. Bu gün onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu sahədə görülən işlərin davamı olaraq ədliyyə orqanlarına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası nazirliyin bölgələrdəki yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə növbəti açıq müsabiqə elan edir. Bununla əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən və göstərilən yerli qurumlarda işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqədə iştirak etmək istəyənlərə əlverişli şərait yaradılaraq, onların bu barədə müraciətləri “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə qəbul edilir. Müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal yerindəcə təqdim olunacaq.

Hüquqşünaslar müsabiqədə iştirak üçün cari il avqustun 20-dən etibarən nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) qeyd olunan elektron xidmətdən bəhrələnməklə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edə bilər.

Ərizələr poçtla, həmçinin regional ədliyyə idarələri vasitəsilə də təqdim oluna bilər.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci – söhbət mərhələsinə buraxılacaqlar.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək. Eyni zamanda, bu sənədlər regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunacaq.

Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə ənənəvi olaraq Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaq.

Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcək.

Bütün suallarla bağlı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə operativ informasiya almaq olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yeni rəis təyin olunub

Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

Reuters: ABŞ Ədliyyə Nazirliyi Trampın keçmiş müşaviri ilə bağlı vəziyyəti araşdıracaq

Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb (VİDEO)

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

ABŞ Ədliyyə Nazirliyi FTB-nin keçmiş rəhbər müavini Endryu Makkeybə qarşı iddianı bağlayıb

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində müşavirə keçirilib

Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

Ədliyyə Nazirliyi daha 4 elektron xidmət istifadəyə verəcək

Ədliyyə Nazirliyinin İcra baş idarəsi və ABA arasında görüş keçirilib

Ədliyyə Nazirliyinin məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib

Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmisi ilə görüşüb

Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim olunub

Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirildi

Ədliyyə Nazirliyi vakansiya elan edib

19 Aprel 2021, 18:02 (GMT +4)
Ağdamın İsmayılbəyli kəndinin görüntüləri yayılıb (VİDEO)

19 Aprel 2021, 17:59 (GMT +4)
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanılıb

19 Aprel 2021, 17:55 (GMT +4)
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60 mln manat qaytarılıb

19 Aprel 2021, 17:46 (GMT +4)
Aqil Məmmədov: Vaksinasiya prosesində iştirak etməklə yalnız özümüzü deyil, daha geniş insan kütləsini müdafiə edə bilərik

19 Aprel 2021, 17:40 (GMT +4)
Bakı Limanının yük dövriyyəsi 17 %-ə yaxın artıb

19 Aprel 2021, 17:38 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri rüşvətə görə həbs edilib

19 Aprel 2021, 17:30 (GMT +4)
Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

19 Aprel 2021, 17:20 (GMT +4)
Dövlət Vergi Xidməti IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak edib

19 Aprel 2021, 17:12 (GMT +4)
İran-Azərbaycan sərhədində silahlı insident olub, sərhəd pozucusu yaralanıb

19 Aprel 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19 Aprel 2021, 16:53 (GMT +4)
Saatlıda yas mərasimi təşkilatçısı cərimələnib

19 Aprel 2021, 16:44 (GMT +4)
Makron: "Sputnik V"dən istifadə AB-də peyvəndlənməni sürətləndirməyəcək

19 Aprel 2021, 16:43 (GMT +4)
İran və Almaniya nüvə danışıqlarında irəliləyişlərin olduğunu bildiriblər

19 Aprel 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

19 Aprel 2021, 16:25 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Navalnı ilə bağlı təhdidini "heç bir şəkildə qəbul etmir"

19 Aprel 2021, 16:20 (GMT +4)
"YAŞAT" Fondu şəhid anasının və qazinin əməliyyat xərclərini qarşılayıb

19 Aprel 2021, 16:09 (GMT +4)
Prokurorluq rüşvətə görə həbs edilən vəzifəli şəxlərlə bağlı məlumat yayıb

19 Aprel 2021, 15:58 (GMT +4)
Navalnı məhkumlar üçün xəstəxanaya köçürülüb

19 Aprel 2021, 15:53 (GMT +4)
Saatlıda qaydaları pozan 26 nəfər cərimələnib

19 Aprel 2021, 15:38 (GMT +4)
Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

19 Aprel 2021, 15:30 (GMT +4)
Ermənistanın İsrail səfirinə qarşı ittiham irəli sürülüb 

19 Aprel 2021, 15:26 (GMT +4)
Xaçmazda mağazadan oğurluq etmək istəyənlər saxlanılıb

19 Aprel 2021, 15:16 (GMT +4)
Hizbullah hərəkatının lideri Ayətullah Xameneiyə başsağlığı verib

19 Aprel 2021, 15:04 (GMT +4)
Təhlükəsizlik qaydalarını pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunub (VİDEO)

19 Aprel 2021, 14:58 (GMT +4)
Aİ ölkələri XİN rəhbərləri rusiyalı diplomatların Çex Respublikasından çıxarılması müzakirə edəcəklər

19 Aprel 2021, 14:52 (GMT +4)
Azərbaycanın şəkər ixracından qazancı üç dəfədən çox artıb

19 Aprel 2021, 14:52 (GMT +4)
Prezident azad edilmiş ərazilərin su ehtiyatları ilə bağlı sənəd imzalayıb

19 Aprel 2021, 14:40 (GMT +4)
Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib

19 Aprel 2021, 14:28 (GMT +4)
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

19 Aprel 2021, 14:18 (GMT +4)
Gürcüstanda daha 578 nəfər koronavirusa yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66