Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 16:00 (GMT +4)

Bakı, 17 avqust, SalamNews.Bakı şəhər Baş Polis İdarəsi dilənçiliklə mübarizədə ictimaiyyətdən dəstək istəyib.

BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev SalamNews-a bildirib ki, paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu.

"Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi. Baş verən əməlin ictimi təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var.

Əmək qabiliyyəti olan, ancaq harda işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə̶ nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır. İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın,avqustun 15-də7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə polisin bu istiqamətdə tədbirləri nəticəsində müəyyən olunan azyaşlılar məhz dilənçilərdən aşkar olunub.
Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmasınlar, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymasınlar. Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir.

Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluqlar edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onları duyğuları ilə oynayırlar. Daha peşəkarları insanlara yaxınlaşaraq “nəsə probleminiz var, nəsə gözləntiniz var”, deyə müraciət edir, “kömək” təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının nəsə gözləntisi var. “Vəziyyətdən çıxış yolu var” deyib, müxtəlif magik - dini jarqonlarla insanları ələ almaqla onları talayırlar.

Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə arendaya verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlardavurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaqdır.

Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökümət təşkilatlarını, mətbuatı - qəzet, informasiya saytlarını, televiziyaları, radioları polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatdırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞBPİ Bakıda keçirilmiş mitinqlə bağlı məlumat yayıb

BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən saxlanılması  barədə fikirlər həqiqəti əks etdirmir

BŞBPİ-i və Bakı Şəhər Prokurorluğu piyada ölümü barədə birgə məlumat yayıb

BŞBPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları məktəblilər arasında təlim keçirib

Ötən il Bakıda 4300-ə yaxın sərxoş sürücü aşkarlanıb - BŞBPİ rəisi

BŞBPİ 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sürücülərə müraciət edib

17 Sentyabr 2019, 18:10 (GMT +4)
Novruz Məmmədov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:01 (GMT +4)
ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

17 Sentyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

17 Sentyabr 2019, 17:48 (GMT +4)
Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

17 Sentyabr 2019, 17:41 (GMT +4)
Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

17 Sentyabr 2019, 17:38 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

17 Sentyabr 2019, 17:20 (GMT +4)
AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

17 Sentyabr 2019, 16:59 (GMT +4)
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:52 (GMT +4)
42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb

17 Sentyabr 2019, 16:45 (GMT +4)
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

17 Sentyabr 2019, 16:25 (GMT +4)
Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

17 Sentyabr 2019, 16:25 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

17 Sentyabr 2019, 16:19 (GMT +4)
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

17 Sentyabr 2019, 16:13 (GMT +4)
“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

17 Sentyabr 2019, 15:59 (GMT +4)
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

17 Sentyabr 2019, 15:57 (GMT +4)
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

17 Sentyabr 2019, 15:36 (GMT +4)
Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

17 Sentyabr 2019, 15:32 (GMT +4)
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17 Sentyabr 2019, 15:16 (GMT +4)
AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

17 Sentyabr 2019, 15:07 (GMT +4)
Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

17 Sentyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

17 Sentyabr 2019, 14:48 (GMT +4)
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66