Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

19 Avqust 2019, 11:49 (GMT +4)

Bakı, 19 avqust, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunub.

Bu barədə SalamNews-a AzerTelecom şirkətindən məlumat verilib.

Şirkətin forum çərçivəsində sərgidə öz stendi ilə iştirak məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub. Sərgi günlərində AzerTelecom şirkətinin stendi maraqla qarşılanıb, sərgi iştirakçılarına şirkətin xidmətləri və icra olunan layihələrbarədə geniş məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Türkmənbaşı şəhərinin Avaza milli turistik zonasında baş tutmuş I Xəzər İqtisadi Forumunda və Xəzər İnnovasiya Texnologiyaları Sərgisində Xəzəryanı ölkələr, eləcə də Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələri təmsil edən şirkətlər iştirak ediblər.

AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

“Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

15 Sentyabr 2019, 13:40 (GMT +4)
Son 4 ildə 400 kənddə 350 min istehlakçının elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

15 Sentyabr 2019, 13:27 (GMT +4)
Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir

15 Sentyabr 2019, 12:32 (GMT +4)
Bu gün Vasif Adıgözəlovun anım günüdür

15 Sentyabr 2019, 09:55 (GMT +4)
Mərkəzi Bank 150 milyon manat cəlb edir

15 Sentyabr 2019, 09:01 (GMT +4)
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

14 Sentyabr 2019, 21:00 (GMT +4)
“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

14 Sentyabr 2019, 17:00 (GMT +4)
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14 Sentyabr 2019, 16:51 (GMT +4)
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

14 Sentyabr 2019, 16:49 (GMT +4)
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

14 Sentyabr 2019, 16:30 (GMT +4)
AQTA nəzarət tədbirlərini daha da gücləndirir

14 Sentyabr 2019, 16:20 (GMT +4)
Əfqanıstan hökuməti sülh danışıqları ilə bağlı olan bütün addımları dayandırıb

14 Sentyabr 2019, 16:08 (GMT +4)
Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

14 Sentyabr 2019, 15:55 (GMT +4)
Səkkiz sığortaçı attestasiyadan keçib

14 Sentyabr 2019, 15:40 (GMT +4)
Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

14 Sentyabr 2019, 15:13 (GMT +4)
Azərbaycanın güləş millisi dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr 2019, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

14 Sentyabr 2019, 14:52 (GMT +4)
«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

14 Sentyabr 2019, 14:29 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

14 Sentyabr 2019, 14:02 (GMT +4)
Prezident İlham Əliyev Britaniya və Latviyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

14 Sentyabr 2019, 13:50 (GMT +4)
Şərur Sənaye Məhəlləsi yaradılıb

14 Sentyabr 2019, 13:29 (GMT +4)
Husilər Səudiyyənin 2 böyük neft zavodunu bu gün vurduqlarını bəyan ediblər (VİDEO)

14 Sentyabr 2019, 13:27 (GMT +4)
FHN-nin əməkdaşları qəza törətdi (FOTOLAR)

14 Sentyabr 2019, 12:57 (GMT +4)
Şirvanda yaşlı kişi kanalizasiya quyusuna yıxılaraq boğulub

14 Sentyabr 2019, 12:41 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14 Sentyabr 2019, 12:35 (GMT +4)
İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

14 Sentyabr 2019, 12:27 (GMT +4)
DYP yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib

14 Sentyabr 2019, 12:02 (GMT +4)
Cavad Zərif İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərinə maraqlı münasibət bildirib

14 Sentyabr 2019, 12:01 (GMT +4)
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları Azərbaycana gəliblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66