Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıb

19 Avqust 2019, 11:13 (GMT +4)

Bakı, 19 avqust, SalamNews.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Komitənin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə mühüm məsələlərin müzakirə olunduğu, qarşıya təxirəsalınmaz vəzifələrin qoyulduğu diqqətə çatdırılıb.

Xatırladılıb ki, bu ilin əvvəlində təsdiqlənən çox böyük sosial paket – mimimum əməkhaqqı, pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli dərəcədə artırılması 4 milyondan çox insanı, o cümlədən məcburi köçkünləri əhatə edib. Qeyd edilib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə olan, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir.

Kollegiyada Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub, məcburi köçkünlərə yeni salınan qəsəbələrdə dövlət mənzil fondundan müvəqqəti yaşayış sahələrinin ayrılması və vahid aylıq müavinətlərin təyin edilməsi üzrə müvafiq komissiyaların rəhbərlərinin hesabatları dinlənilib.

Bu il iyulun 5-də Bakının Pirallahı rayonunda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış qəsəbəsinin istifadəyə verildiyi vurğulanıb, respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib.

Dövlət Komitəsində elektron informasiya sisteminin təkmilləşdirilməsi gedişi kollegiyada geniş müzakirə olunub.

Məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatının tamamilə dayandırıldığı, yerli sektor və nümayəndəliklərə komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verildiyi qeyd edilib. Bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır, səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır. Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb.

Kollegiyada dövlət başçısının tapşırıqları əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və respublikanın digər ərazilərində torpaq sahələrinin ayrılması işlərinin gedişi, məcburi köçkünlərin məşğulluğunun artırılması, qarşıdakı payız-qış mövsümünə hazırlıq məsələləri, məskunlaşdırılması başa çatdırılmış qəsəbələrdə mənzillərin istismar vəziyyəti və bu sahədə qarşıya çıxan problemlər müzakirə olunub, gündəlikdəki digər məsələlərə baxılıb. Hər bir məsələ ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

15 Sentyabr 2019, 13:40 (GMT +4)
Son 4 ildə 400 kənddə 350 min istehlakçının elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

15 Sentyabr 2019, 13:27 (GMT +4)
Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir

15 Sentyabr 2019, 12:32 (GMT +4)
Bu gün Vasif Adıgözəlovun anım günüdür

15 Sentyabr 2019, 09:55 (GMT +4)
Mərkəzi Bank 150 milyon manat cəlb edir

15 Sentyabr 2019, 09:01 (GMT +4)
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

14 Sentyabr 2019, 21:00 (GMT +4)
“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

14 Sentyabr 2019, 17:00 (GMT +4)
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14 Sentyabr 2019, 16:51 (GMT +4)
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

14 Sentyabr 2019, 16:49 (GMT +4)
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

14 Sentyabr 2019, 16:30 (GMT +4)
AQTA nəzarət tədbirlərini daha da gücləndirir

14 Sentyabr 2019, 16:20 (GMT +4)
Əfqanıstan hökuməti sülh danışıqları ilə bağlı olan bütün addımları dayandırıb

14 Sentyabr 2019, 16:08 (GMT +4)
Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

14 Sentyabr 2019, 15:55 (GMT +4)
Səkkiz sığortaçı attestasiyadan keçib

14 Sentyabr 2019, 15:40 (GMT +4)
Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

14 Sentyabr 2019, 15:13 (GMT +4)
Azərbaycanın güləş millisi dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr 2019, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

14 Sentyabr 2019, 14:52 (GMT +4)
«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

14 Sentyabr 2019, 14:29 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

14 Sentyabr 2019, 14:02 (GMT +4)
Prezident İlham Əliyev Britaniya və Latviyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

14 Sentyabr 2019, 13:50 (GMT +4)
Şərur Sənaye Məhəlləsi yaradılıb

14 Sentyabr 2019, 13:29 (GMT +4)
Husilər Səudiyyənin 2 böyük neft zavodunu bu gün vurduqlarını bəyan ediblər (VİDEO)

14 Sentyabr 2019, 13:27 (GMT +4)
FHN-nin əməkdaşları qəza törətdi (FOTOLAR)

14 Sentyabr 2019, 12:57 (GMT +4)
Şirvanda yaşlı kişi kanalizasiya quyusuna yıxılaraq boğulub

14 Sentyabr 2019, 12:41 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14 Sentyabr 2019, 12:35 (GMT +4)
İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

14 Sentyabr 2019, 12:27 (GMT +4)
DYP yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib

14 Sentyabr 2019, 12:02 (GMT +4)
Cavad Zərif İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərinə maraqlı münasibət bildirib

14 Sentyabr 2019, 12:01 (GMT +4)
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları Azərbaycana gəliblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66