Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

19 Avqust 2019, 15:50 (GMT +4)

Bakı, 19 avqust, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən təşkil olunan “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi” təlimində iştirak edirlər.

SalamNews KTN-ə istinadən xəbər verir ki, ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov bildirib ki, təlimin əsas məqsədi aqrar sahədə Cənubi Koreya təcrübəsini öyrənmək və ölkəmizdə tətbiq etməkdir: “Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycandakı nümayəndəliyi ilə təcrübə mübadiləsinin aparılması ilə bağlı əldə etdiyimiz razılığa əsasən “Aqrar Tədarük və Təchizat” ASC-nin 12 əməkdaşı Cənubi Koreyada təlimdə iştirak edir. 18 avqust-31 avqust tarixlərini əhatə edəcək təlimdə əməkdaşlarımız bu ölkənin ərzaq məhsullarının tədarükü və təchizatı sistemi ilə yaxından tanış olacaqlar. Həmçinin, onlar ərzaq məhsullarının tədarükü və təchizatı sistemində qanunvericilik, heyvandarlıq sahəsində ümumi idarəçilik sistemindən faydalanma, Gyeonggi vilayətində ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin tətbiqi, Korea Akkreditasiya və Xidmət Agentliyinin funksiyaları və digər müxlətif mövzular ilə bağlı universitet professorlarının mühazirələrini dinləyəcəklər. Biz çalışacağıq ki, bundan sonrakı fəaliyyətimizdə Cənubi Koreyanın təkmilləşmiş tədarük və təchizat sistemindən öyrəndiklərimizi öz ölkəmizdə tətbiq edək”.

Qeyd edək ki, əldə olunmuş razılığa əsasən, 2 il davam edəcək proqramın icraçı agentliyi Koreyanın Hankyong Dövlət Universitetidir. Proqram müddətində iştirakçılar Azərbaycanda aqrar sahə ilə bağlı ölkə hesabatı hazırlayacaqlar. Hesabat koreyalı mütəxəssislərlə birgə müzakirə ediləcək və Fəaliyyət Planı hazırlanacaq. Bu plan proqram iştirakçılarının qeyd etdikləri məsələlərə alternativ həll yollarını təqdim etmək üçün nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

18 Fevral 2020, 16:00 (GMT +4)
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

18 Fevral 2020, 15:49 (GMT +4)
Yəməndən gələn çəyirtkə hücumu Səudiyyədə ciddi fəsadlar törədib (VİDEO)

18 Fevral 2020, 15:44 (GMT +4)
MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

18 Fevral 2020, 15:30 (GMT +4)
Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

18 Fevral 2020, 15:17 (GMT +4)
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66