Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:59 (GMT +4)

Bakı, 20 avqust, SalamNews. Pakistanda nəşr olunan “Pakistan in the world” jurnalında və internet səhifəsində “Azərbaycan: İnkişaf və harmoniya ölkəsi”, eyni zamanda, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müəllifi olduğu “Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” sərlövhəli məqalələr dərc edilib.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzularının məntiqi nəticəsi olaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi, bununla da azadlıq mübarizəsinin öz kulminasiya nöqtəsinə çatdığı qeyd olunur.

Yazıda Cümhuriyyətin fəal xarici siyasət xətti yeridərək, xarici ölkələrlə ikitərəfli əlaqələr qurmaqla yanaşı, beynəlxalq səviyyədə tanınma istiqamətində də önəmli diplomatik fəaliyyət həyata keçirdiyi vurğulanır. Məqalədə 1991-ci ildə vətənpərvərlik, milli və mənəvi dəyərlər əsasında yenidən öz müstəqilliyini əldə edən Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyi diqqətə çatdırılır. Bildirilir ki, 1993-cü ildə Prezident seçilən Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi və iqtisadi sabitlik bərqərar olub, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişaf mərhələsi başlayıb. Ulu Öndərin rəhbərliyi ilə xarici siyasət xətti qlobal və regional gerçəkliklərə uyğun yenidən qurulub, buna görə də indi Azərbaycan bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə edir. Heydər Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının durumu nəzərəçarpacaq dərəcədə dirçəlib.

Məqalədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyi, onun rəhbərliyi altında mühüm uğurlara imza atıldığı bildirilir. Yazıda Azərbaycanın geostrateji potensialına da toxunulur. Vurğulanır ki, Avropanın cənub-şərq sərhədlərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Regionda ən böyük hava və dəniz limanı, habelə dəmir yolu xətti ilə Xəzər hövzəsi üçün logistik qovşağı olan Azərbaycan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsi vasitəsi ilə Çin və Avropanın 2 qlobal iqtisadi əlaqəsini təmin edir.

Məqalədə Azərbaycan dövlətinin həyata keçirdiyi yeni turizm və viza siyasəti barədə oxuculara məlumat verilir. Həmçinin Azərbaycanda İslam dəyərlərinin dirçəldilməsinə böyük əhəmiyyət verildiyi, minlərlə məscidin tikildiyi və ya bərpa edildiyi qeyd olunur.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur. Bildirilir ki, münaqişə nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayon ermənilər tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874,884) Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi, məcburi köçkünlərin öz doğma evlərinə qayıtması tələb edilir. Buna baxmayaraq, Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.

“Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” sərlövhəli məqalədə isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1919-cu il iyulun 9-da Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin rəsmi olaraq təsis olunması haqqında məlumat verilir. Yazıda müasir Azərbaycanın Cümhuriyyətin varisi kimi müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan diplomatiyasının 100 illik yubileyindən bəhs olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan XİN başçısı dəstəyə görə Pakistana təşəkkür edib

Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

Pakistanda daş karxanasında baş verən partlayışda azı 17 nəfər ölüb

Pakistan prezidenti böyük qaz mənbəyinin aşkarlanmasına görə Türkiyəli həmkarını təbrik edib

Fələstinlilərin haqlarını verməyənə qədər qədər Pakistan İsraili tanımayacaq - İmran Xan

Azərbaycan XİN Pakistanı təbrik edib

Pakistan əsilli 14 məhkum İrandan Pakistana təhvil verilib

İran Pakistana koronavirusdan qorunma vasitələri təhvil verib

Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma baş verib, azı 8 ölü var

Pakistanın Səhiyyə naziri koronavirusa yoluxub

Pakistanın Kəraçi şəhərində banka hücum edilib, azı 6 ölü var (VİDEO)

Pakistanda COVID-19-a yoluxanların sayı 120 minə yaxınlaşıb

Pakistanda göyərtəsində 107 sərnişin olan təyyarə qəzaya uğrayıb, ölənlər var (VİDEO)

Pakistan-İran sərhədində 6 əsgər minaya düşərək ölüb

Hindistan-Pakistan sərhədində birinciyə məxsus döyüş təyyarəsi yerə düşüb (FOTO)

Azərbaycan və Pakistan prezidentləri arasında telefon danışığı olub

Pakistan baş nazirinin müşaviri və İndoneziya səfiri “İƏT Modeli-2020” proqramında çıxış ediblər

Pakistanda ramazanda məscidlərin açıq saxlanılması qərarı həkimlərin etirazına səbəb olub

Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

Pakistan baş naziri Ayətullah Xamenei və Rəcəb Təyyib Ərdoğana təşəkkür edib

30 Sentyabr 2020, 01:30 (GMT +4)
Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

30 Sentyabr 2020, 01:25 (GMT +4)
İlham Əliyev: “ F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”

30 Sentyabr 2020, 01:23 (GMT +4)
XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

30 Sentyabr 2020, 01:20 (GMT +4)
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VIDEO)

30 Sentyabr 2020, 00:52 (GMT +4)
Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

29 Sentyabr 2020, 22:26 (GMT +4)
Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

29 Sentyabr 2020, 22:13 (GMT +4)
Prezident İlham Əliyev “Rossiya 1” telekanalında vacib çıxış edib (VİDEO)

29 Sentyabr 2020, 20:41 (GMT +4)
MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

29 Sentyabr 2020, 18:02 (GMT +4)
Küveytin əmiri Şeyx Sabah əl-Əhməd vəfat edib

29 Sentyabr 2020, 18:00 (GMT +4)
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb

29 Sentyabr 2020, 17:58 (GMT +4)
ATƏT Daimi Şurası bu gün Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək

29 Sentyabr 2020, 17:53 (GMT +4)
Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

29 Sentyabr 2020, 17:50 (GMT +4)
Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib

29 Sentyabr 2020, 17:42 (GMT +4)
“ASAN Məktub” çərçivəsində 50 şagirdə məktəb ləvazimatları təqdim edilib

29 Sentyabr 2020, 17:22 (GMT +4)
Azərbaycanda daha 58 yeni yoluxma faktı qeydə alınıb

29 Sentyabr 2020, 17:16 (GMT +4)
ANAMA cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət edib

29 Sentyabr 2020, 17:09 (GMT +4)
MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

29 Sentyabr 2020, 16:49 (GMT +4)
Təbriz Qubernatorluğu rus kamazlarının İran-Ermənistan sərhədində saxlanıldığını bildirib

29 Sentyabr 2020, 16:47 (GMT +4)
Kreml Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirib

29 Sentyabr 2020, 16:43 (GMT +4)
Millət vəkili Jalə Əhmədova estonliyalı həmkarlarına müraciət edib

29 Sentyabr 2020, 16:40 (GMT +4)
Düşmən dinc əhalini hədəfə alır - FOTOREPORTAJ

29 Sentyabr 2020, 16:40 (GMT +4)
MN: Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir

29 Sentyabr 2020, 16:30 (GMT +4)
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb

29 Sentyabr 2020, 16:28 (GMT +4)
Türkiyə XİN başçısı və AKP rəsmisi Azərbaycan səfirliyini ziyarət edib

29 Sentyabr 2020, 16:20 (GMT +4)
Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırıb

29 Sentyabr 2020, 16:03 (GMT +4)
Azərbaycan XİN başçısı dəstəyə görə Pakistana təşəkkür edib

29 Sentyabr 2020, 15:55 (GMT +4)
İranın üç neft tankeri Venesuela sahillərinə çatıb

29 Sentyabr 2020, 15:49 (GMT +4)
Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib

29 Sentyabr 2020, 15:42 (GMT +4)
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir

29 Sentyabr 2020, 15:40 (GMT +4)
Pompeo: Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66