Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:05 (GMT +4)

Bakı, 20 avqust, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2019-cu ilin ikinci yarım illiyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsinə başlanılıb.

SalamNews xəbər verir ki, plan çərçivəsində ilk iclas Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarımilliyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iclasda açılış nitqi ilə çıxış edərək bildirib ki, plan üzrə 2019-cu ilin əvvəlində istifadəyə verilən yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və inkişaf sahələrinin müəyyən olunması prioritet istiqamət olub. Həmçinin yeni rəqəmsal sistemlərin “Azərbaycanın uğurlu təcrübəsi” kimi beynəlxalq müstəvidə yayılmasının sürətləndirilməsi məqsədilə konkret işlər görülür: “Prezident İlham Əliyevin rəhbərliyilə bu il ərzində "Doing Business"in bütün indikatorları üzrə islahatlar dərinləşdirilmişdir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az portalı üzərindən dövlət-özəl dialoqu əsasında Prezidentin tapşırıqlarını uğurla icra edir.”

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu ilə keçirilən iclasda Bakı şəhəri üzrə istifadə edilən “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiyası, ekspertizası tələb olunan obyektlərin tikintisinə icazə üçün elektron müraciət sisteminə dair texniki tapşırığın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.

Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən Plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər/biznes assosiasiyaları ilə görüşlər keçiriləcək, bu sahədə mövcud problemlər və təkmilləşdirmə imkanları müəyyən olunacaq.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları ilə İcra və Kommunikasiya Planlarının müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək. Bu görüşlərin əsas məqsədi isə Planlar üzrə məsul şəxslər ilə birgə fəaliyyət çərçivəsində tədbirlərin vaxtında icrasının təmin olunmasıdır.

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “Ekvita”, “BM Morrison Partners”, "Bakı Hüquq Mərkəzi" iştirak edib


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

"ABAD" dönər biznesinin sağlamlaşdırılmasına dəstək olacaq

Yeni yaradılmış biznes assosiasiyası ilə onlayn görüş keçirilib

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” onlayn formatda davam etdirilir

Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlanıb (FOTO)

“Made in Uzbekistan” onlayn biznes forumuna Azərbaycanın 60-dan çox sahibkarı qatılıb

Azərbaycan və Özbəkistan arasında onlayn biznes-forum keçirilib

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Onlayn qaydada beynəlxalq biznes forum keçirilib

Teləməkanda ilk dəfə onlayn biznes forumu keçirilib

Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb

"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında biznes forum keçirilib (FOTOLAR)

Azər Türk Bank iri biznes üçün yeni kredit məhsulu təqdim edib

Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub

Azər Türk Bank öz biznesini qurmaq istəyənlərə yeni fürsət yaradıb

Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

30 Sentyabr 2020, 01:30 (GMT +4)
Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

30 Sentyabr 2020, 01:25 (GMT +4)
İlham Əliyev: “ F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”

30 Sentyabr 2020, 01:23 (GMT +4)
XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

30 Sentyabr 2020, 01:20 (GMT +4)
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VIDEO)

30 Sentyabr 2020, 00:52 (GMT +4)
Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

29 Sentyabr 2020, 22:26 (GMT +4)
Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

29 Sentyabr 2020, 22:13 (GMT +4)
Prezident İlham Əliyev “Rossiya 1” telekanalında vacib çıxış edib (VİDEO)

29 Sentyabr 2020, 20:41 (GMT +4)
MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

29 Sentyabr 2020, 18:02 (GMT +4)
Küveytin əmiri Şeyx Sabah əl-Əhməd vəfat edib

29 Sentyabr 2020, 18:00 (GMT +4)
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb

29 Sentyabr 2020, 17:58 (GMT +4)
ATƏT Daimi Şurası bu gün Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək

29 Sentyabr 2020, 17:53 (GMT +4)
Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

29 Sentyabr 2020, 17:50 (GMT +4)
Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib

29 Sentyabr 2020, 17:42 (GMT +4)
“ASAN Məktub” çərçivəsində 50 şagirdə məktəb ləvazimatları təqdim edilib

29 Sentyabr 2020, 17:22 (GMT +4)
Azərbaycanda daha 58 yeni yoluxma faktı qeydə alınıb

29 Sentyabr 2020, 17:16 (GMT +4)
ANAMA cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət edib

29 Sentyabr 2020, 17:09 (GMT +4)
MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

29 Sentyabr 2020, 16:49 (GMT +4)
Təbriz Qubernatorluğu rus kamazlarının İran-Ermənistan sərhədində saxlanıldığını bildirib

29 Sentyabr 2020, 16:47 (GMT +4)
Kreml Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirib

29 Sentyabr 2020, 16:43 (GMT +4)
Millət vəkili Jalə Əhmədova estonliyalı həmkarlarına müraciət edib

29 Sentyabr 2020, 16:40 (GMT +4)
Düşmən dinc əhalini hədəfə alır - FOTOREPORTAJ

29 Sentyabr 2020, 16:40 (GMT +4)
MN: Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir

29 Sentyabr 2020, 16:30 (GMT +4)
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb

29 Sentyabr 2020, 16:28 (GMT +4)
Türkiyə XİN başçısı və AKP rəsmisi Azərbaycan səfirliyini ziyarət edib

29 Sentyabr 2020, 16:20 (GMT +4)
Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırıb

29 Sentyabr 2020, 16:03 (GMT +4)
Azərbaycan XİN başçısı dəstəyə görə Pakistana təşəkkür edib

29 Sentyabr 2020, 15:55 (GMT +4)
İranın üç neft tankeri Venesuela sahillərinə çatıb

29 Sentyabr 2020, 15:49 (GMT +4)
Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib

29 Sentyabr 2020, 15:42 (GMT +4)
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir

29 Sentyabr 2020, 15:40 (GMT +4)
Pompeo: Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66