Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vilayət Eyvazov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsini qəbul edib

21 Avqust 2019, 10:16 (GMT +4)

Bakı, 21 avqust, SalamNews. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sesseranı qəbul edib.

DIN-dən SalamNews-a verilən məlumata görə, qonaqları salamlayan nazir daxili işlər orqanları ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın razılaşdırılmış Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2000-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Sazişə əsaslandığını xatırladaraq mövcud əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Vilayət Eyvazov qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, ona riayət olunması ölkəmizdə və o cümlədən DİN-də aparılan davamlı islahatların prioritet istiqamətlərindən olmaqla, bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, qəbul olunmuş yeni normativ sənədlərdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, hüquqi yardımdan istifadə edilməsi, şikayət və təkliflərin yuxarı instansiyalara verilməsi, habelə hüquq-müdafiə təşkilatlarının nümayəndələri və müstəqil ekspertlərlə maneəsiz görüşmək qaydaları və imkanları öz əksini tapıb. Eyni zamanda, saxlama yerlərinin fəaliyyətinin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi, saxlanılan şəxslərin hüquqlarının qorunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, DİN-in orqan və hissələrində fəaliyyət göstərən müvəqqəti saxlama təcridxanalarının demək olar ki, hamısında mövcud təlimatın tələblərinə və müasir standartlara uyğun əsaslı təmir işləri aparılmış, hamısı videonəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub.

General-polkovnik Vilayət Eyvazov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin xətti ilə 2003-cü ildən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif mövzular üzrə seminar və təlimlər keçirilib, bu təlimlərdə 700-dən artıq əməkdaş iştirak edib. O da qeyd olunub ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara 28 istiqamət üzrə elektron xidmət göstərilir.

Səmimi qəbula və ətraflı məlumata görə nazir V.Eyvazova minnətdarlığını bildirən xanım Elena Aymone Sessera rəhbərlik etdiyi qurumun azadlıqdan məhrum etmə yerlərində apardığı işlər, keçirilən təlim kursları, eləcə də ölkəmizdə görəcəyi işlər barədə məlumat verib, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını qeyd edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

Vilayət Eyvazov Təhqiqat şöbəsinə yeni rəis təyin edib

Vilayət Eyvazov iki mayoru yüksək vəzifəyə təyin edib

Vilayət Eyvazov Sadiq Gözəlovu təltif edib

Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin edib

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib

Nazir Vilayət Eyvazov sıra baxışı keçirib

Vilayət Eyvazov: Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub

Vilayət Eyvazov: Sosial şəbəkələrdə vahimə yaradan yalan məlumatlarla hər gün rastlaşırıq

Vilayət Eyvazov yeni inzibati binaların açılışında iştirak edib

Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb

Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

Vilayət Eyvazov Daxili Qoşunlara tapşırıqlar verib

Vilayət Eyvazov: Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək

Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

Vilayət Eyvazov Fransa səfirini qəbul edib

Vilayət Eyvazov Türkiyənin Daxili İşlər nazirinin müavinini qəbul edib

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

24 İyun 2021, 18:02 (GMT +4)
Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlanıb (VİDEO)

24 İyun 2021, 17:56 (GMT +4)
Hərbçilər “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib

24 İyun 2021, 17:51 (GMT +4)
Keniyada helikopter qəzasında 10 hərbçi ölüb 

24 İyun 2021, 17:43 (GMT +4)
Ermənistan Nazirlər Kabineti türk mallarının idxalına qoyulan qadağanı altı ay uzadıb

24 İyun 2021, 17:35 (GMT +4)
TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

24 İyun 2021, 17:24 (GMT +4)
Suriya ilə bağlı Astana görüşünün yeni tarixi açıqlanıb

24 İyun 2021, 17:20 (GMT +4)
Blinken Merkeli "Şimal Axını-2"nin yaratdığı riskləri azaltmağa çağırıb 

24 İyun 2021, 17:11 (GMT +4)
Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib 

24 İyun 2021, 17:01 (GMT +4)
Prezident bir qrup hərbçini “Vətən uğrunda” medalı ilə təltif edib

24 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 İyun 2021, 16:47 (GMT +4)
Əfqanıstan Ordusu Talibana endirilən hava zərbələrinin görüntülərini yayımlayıb (VİDEO)

24 İyun 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

24 İyun 2021, 16:31 (GMT +4)
Dünyanın beş ölkəsində "Delta Plus" koronavirus suşu aşkar edilib

24 İyun 2021, 16:25 (GMT +4)
Azərbaycan Prezidenti hərbçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

24 İyun 2021, 16:13 (GMT +4)
Bakıda daha 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

24 İyun 2021, 16:02 (GMT +4)
Braziliyada COVID-19-a gündəlik yoluxmada rekord göstərici qeydə alınıb 

24 İyun 2021, 15:52 (GMT +4)
İranda son sutkada koronavirusdan 144 nəfərin ölümü qeydə alınıb

24 İyun 2021, 15:51 (GMT +4)
Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb

24 İyun 2021, 15:40 (GMT +4)
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub

24 İyun 2021, 15:30 (GMT +4)
Azərbaycanda şirkət direktoru həbs edilib

24 İyun 2021, 15:20 (GMT +4)
Ankarada Kabil hava limanı ilə bağlı Türkiyə və ABŞ heyətləri arasında danışıqlar başlayıb

24 İyun 2021, 15:14 (GMT +4)
Prezident sabiq nazir Fərhad Əliyevin oğlunu da təltif edib

24 İyun 2021, 15:03 (GMT +4)
İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

24 İyun 2021, 15:00 (GMT +4)
"Neftçi" daha bir futbolçusu ilə yolları ayırıb

24 İyun 2021, 14:52 (GMT +4)
Əfqanıstanda Talibanın 130 silahlısı təslim olub

24 İyun 2021, 14:46 (GMT +4)
Çex Respublikasında leysan yağışları səbəbindən 45 min ailə işıqsız qalıb

24 İyun 2021, 14:38 (GMT +4)
Faydalı qazıntı yataqlarının istifadəsinə dair növbəti hərrac keçirilib

24 İyun 2021, 14:26 (GMT +4)
Hulusi Akar: Yunanıstan razılaşmaya hörmət etmir

24 İyun 2021, 14:23 (GMT +4)
Türkiyə Kabil hava limanının təhlükəsizliyi üçün əlavə hərbi qüvvə göndərməyəcəyini bildirib

24 İyun 2021, 14:23 (GMT +4)
Prezident hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66