Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

21 Avqust 2019, 15:32 (GMT +4)

Bakı, 21 avqust, SalamNews. Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.

SalamNews KOBİA-ya istinadən xəbər verir ki, “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcəkdir.

Zavodun məhsulları daxili təlabın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcəkdir.

Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı müxtəlif dövlət qurumlarının, yerli və çinli sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar barədə məlumat verib, zavodun fəaliyyətə başlaması üçün göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA tərəfindən “Elektrogas” MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib. Kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaqdır.

“Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə danışaraq ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, Azərbaycana xarici investisiyaların cəlb edilməsində önəmli olduğunu qeyd edib, investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Zavoda sərmayə yatıran Çin investoru Lui Fujin təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli şərait yaradıldığını və bu baxımdan ölkəmizə investisiya yatırdıqlarını bildirib, KOBİA tərəfindən layihəyə hərtərəfli dəstək göstərildiyini qeyd edib.

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov fondla əməkdaşlıq edən tikinti şirkətlərinin zavoda sifariş verdiyini və məhsulların keyfiyyətindən razı olduqlarını bildirib.

Sonra tədbir iştirakçıları kombi zavodunun fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

03 Dekabr 2020, 11:30 (GMT +4)
Zərdabda COVID-19 virusunun daşıyıcısına cinayət işi başlanılıb

03 Dekabr 2020, 11:27 (GMT +4)
PKK Sincar rayonunu tərk edib, İraq Ordusu bölgəyə daxil olub

03 Dekabr 2020, 11:15 (GMT +4)
“Azərişıq” texniki itkilərin azaldılması ilə bağlı işləri davam etdirir

03 Dekabr 2020, 11:00 (GMT +4)
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

03 Dekabr 2020, 10:45 (GMT +4)
Fransanın keçmiş prezidenti koronavirusdan ölüb

03 Dekabr 2020, 10:45 (GMT +4)
Azərbaycan neftinin qiyməti 49 dollara yaxınlaşıb

03 Dekabr 2020, 10:35 (GMT +4)
Emanuel Makron beynəlxalq yardımların verilməsi üçün Livan qarşısında şərt qoyub

03 Dekabr 2020, 10:30 (GMT +4)
Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olunub

03 Dekabr 2020, 10:23 (GMT +4)
ABŞ-da koronavirusdan rekord ölüm qeydə alınıb

03 Dekabr 2020, 10:18 (GMT +4)
BMT Fələstinlilərin və Suriyanın lehinə 5 qərar qəbul edib, İsrail etirazını bildirib

03 Dekabr 2020, 09:54 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini yayıb (VİDEO)

03 Dekabr 2020, 09:50 (GMT +4)
NATO Gürcüstana dəstəyini gücləndirəcək

03 Dekabr 2020, 09:45 (GMT +4)
Ceyhun Bayramov Əfqanıstanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

03 Dekabr 2020, 09:30 (GMT +4)
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan tamamilə təmizlənilib

03 Dekabr 2020, 09:15 (GMT +4)
Kərbəlada Azərbaycan şəhidlərinin xatirəsinə anım mərasimi keçirilib (FOTO)

03 Dekabr 2020, 09:15 (GMT +4)
Xəzərdə zəlzələ olub

03 Dekabr 2020, 09:13 (GMT +4)
Avstriyada koronavirusla bağlı məhdudiyyətlər ləğv ediləcək 

03 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər

02 Dekabr 2020, 21:05 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dekabr 2020, 17:58 (GMT +4)
Azərbaycanda daha bir özəlləşdirmə hərracı keçirilib

02 Dekabr 2020, 17:51 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

02 Dekabr 2020, 17:44 (GMT +4)
AIIB-in Azərbaycan üzrə alternativ direktoru dəyişib

02 Dekabr 2020, 17:39 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib

02 Dekabr 2020, 17:38 (GMT +4)
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələnib

02 Dekabr 2020, 17:30 (GMT +4)
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66