Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

22 Avqust 2019, 09:01 (GMT +4)

Bakı, 22 avqust, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 21-də Gədəbəy rayonunda vətəndaşları qəbul edib.

SalamNews Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbulda Gədəbəydə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Həmçinin qeyd edək ki, avqustun 21-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ağstafa və Qazax rayonlarınnda müvəqqəti məskunlaşmış məcburi köçkünləri, sədr müavini Sabir Əhmədov isə Tovuz rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2020, 20:19 (GMT +4)
İranda tanınmış nüvə alimi terrora məruz qalıb (FOTO)

27 Noyabr 2020, 19:37 (GMT +4)
Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

27 Noyabr 2020, 18:00 (GMT +4)
Naftalanda itkin düşən şəxs tapılıb

27 Noyabr 2020, 17:49 (GMT +4)
Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb

27 Noyabr 2020, 17:45 (GMT +4)
Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

27 Noyabr 2020, 17:34 (GMT +4)
ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

27 Noyabr 2020, 17:09 (GMT +4)
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

27 Noyabr 2020, 16:57 (GMT +4)
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

27 Noyabr 2020, 16:50 (GMT +4)
Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb

27 Noyabr 2020, 16:38 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr 2020, 16:25 (GMT +4)
DİM distant tədrisin inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

27 Noyabr 2020, 16:16 (GMT +4)
Lənkəran sakinindən tapança götürülüb

27 Noyabr 2020, 15:58 (GMT +4)
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27 Noyabr 2020, 15:46 (GMT +4)
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

27 Noyabr 2020, 15:30 (GMT +4)
İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib

27 Noyabr 2020, 15:20 (GMT +4)
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

27 Noyabr 2020, 15:10 (GMT +4)
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib

27 Noyabr 2020, 14:55 (GMT +4)
Azərbaycanda son sutkada 3 712 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

27 Noyabr 2020, 14:43 (GMT +4)
Neft yenidən ucuzlaşıb

27 Noyabr 2020, 14:27 (GMT +4)
Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

27 Noyabr 2020, 14:10 (GMT +4)
Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

27 Noyabr 2020, 13:50 (GMT +4)
Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib

27 Noyabr 2020, 13:40 (GMT +4)
Noyabrın 29-dan hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

27 Noyabr 2020, 13:30 (GMT +4)
Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

27 Noyabr 2020, 13:21 (GMT +4)
Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66