Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:45 (GMT +4)

Bakı, 24 avqust, SalamNews. Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.

SalamNews xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri Hadi Rəcəbli, Nəriman Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, yeni nailiyyətlərin qazanıldığını bildirib. Azərbaycanı dünya miqyasında idman, multikulturalizm, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrildiyini qeyd edib.

Daha sonra isə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edib. Əli Əhmədov ölkəmizdə gənclər üçün hər cür həyat şəraitinin yaradıldığını bildirib. Baş nazirin müavini gənclərin Azərbaycanda və ondan kənarda da dövlətimizi və dövlətçiliyimizi müdafiə etdiklərini deyib.

YAP Sədrinin müavini onu da qeyd edib ki, biz gənclərimizə böyük inamla yanaşırıq: “Onların bu günü və gələcəyi üçün Azərbaycan hökuməti böyük işlər görməkdədir. Cənab Prezident İlham Əliyevin apardığı siyasətdə gənclərə çox böyük önəm verilir. Bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, onlarla müxtəlif tədbirlər keçiririk və daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Gənclik eyni zamanda gələcək, müasirlik deməkdir. Biz istəyirik ki, Azərbaycanın gəncləri yaxşı təhsil alsınlar və biliklərə yiyələnsinlər. Mən əminəm ki, cənab Prezident İlham Əliyevin apardığı siyasəti gənclərimiz dəstəkləməklə həmin siyasətin həyata keçməsinə öz töhfələrini verəcəklər”.

Sonra Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Nəriman Əliyev cıxış edərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezident Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olduqlarından bəhs edib.
Daha sonra idmançılar arenaya çıxıb, öz məharətlərini göstərib. Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda idmançılarla xatirə şəkli çəkilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

YAP bəyanat yayıb

YAP İcra Katibliyində videokonfrans keçirilib

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Yosihide Suqa Yaponiyanın Baş naziri olub

Yaponiya hökuməti tam tərkibdə istefaya gedib

Yaponiyada 100 yaşdan yuxarı insanların sayı 80 mini keçib

YAP beynəlxalq təşkilatlara müraciət edib

YAP 10 tələbəyə təqaüd verəcək

Yaponiyada hakim partiyanın liderinin seçkiləri keçirilib

Yaponiyada 2 güclü zəlzələ baş verib

Yaponiyada sərnişin təyyarədə bomba olduğunu açıqlayıb

Yaponiyada təyyarə maskasız sərnişinə görə təcili eniş edib

Yaponiyada tayfunun fəsadları nəticəsində 36 nəfər xəsarət alıb

Yaponiyada tayfun səbəbi ilə 110 mindən çox evin elektrik enerjisi kəsilib 

Azərbaycan Prezidenti Yaponiyaya təşəkkür edib

KİV: Yaponiyanın yeni baş nazirinin adı 17 sentyabrda elan edilə bilər

Tramp Abeni Yaponiyanın ən möhtəşəm baş naziri adlandırıb 

Yaponiyanın baş naziri istefa verəcəyini açıqlayıb

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

28 Sentyabr 2020, 15:48 (GMT +4)
Qətər və İran elektrik şəbəkəsinin dənizin altı ilə birləşdiriməsini müzakirə edirlər

28 Sentyabr 2020, 15:41 (GMT +4)
Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb

28 Sentyabr 2020, 15:38 (GMT +4)
Ermənilərin artıq hesab verməyinin vaxtı gəlib çatıb - Ərdoğan

28 Sentyabr 2020, 15:31 (GMT +4)
Ermənistan xaricdən gələn muzdluları geri göndərməlidir - Hulusi Akar

28 Sentyabr 2020, 15:16 (GMT +4)
Peskov: Əliyev ilə Putin ehtiyac olarsa əlaqə saxlayacaq

28 Sentyabr 2020, 15:10 (GMT +4)
Metronun fəaliyyətinə dair rəsmi açıqlama verilib

28 Sentyabr 2020, 15:05 (GMT +4)
İran işğal edilmiş Qarabağdan ölkə ərazisinə bir raket və bir mərminin düşdüyünü bildirib

28 Sentyabr 2020, 15:00 (GMT +4)
Deputat: Düşmənin hərbi əməliyyatı planlaşdırılmış təxribatdır 

28 Sentyabr 2020, 14:54 (GMT +4)
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

28 Sentyabr 2020, 14:50 (GMT +4)
Kaşıkçı cinayət işi ilə bağlı məhkəməyə ikinci dosye göndərilib

28 Sentyabr 2020, 14:30 (GMT +4)
MN: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

28 Sentyabr 2020, 14:23 (GMT +4)
Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

28 Sentyabr 2020, 14:12 (GMT +4)
Merkel gizli şəkildə Navalnını ziyarət edib

28 Sentyabr 2020, 14:01 (GMT +4)
Ümrə ziyarətində yeni qaydalara əsasən Kəbə evinə toxunmağa icazə verilməyəcək

28 Sentyabr 2020, 13:54 (GMT +4)
Ukrayna aviaşirkəti mövcud vəziyyətlə bağlı Ermənistana uçuşları ləğv edib

28 Sentyabr 2020, 13:40 (GMT +4)
Nazirlik: Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 2 məktəbli həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66