Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azercell “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirib

26 Avqust 2019, 16:46 (GMT +4)

Bakı, 26 avqust, SalamNews.Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər və rayonlarında həyata keçirdiyi layihənin son tədbirini avqustun 26-da qədim Gəncədə təşkil etməyə qərar verib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, daim sosialyönümlü layihələrə dəstək olan Azercell, Gəncə səfəri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə burada yerləşən Gəncə uşaq evinin sakinləri ilə görüşüb. Uşaq evində məskunlaşan 70 uşağa müxtəlif məktəb ləvazimatlarının olduğu çantalar hədiyyə edilib.

Ölkənin lider mobil operatoru Azercell Telekom, həm də öz fəaliyyətində insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən onlarla sosial layihənin təşəbbüskarı olub ki, bu layihələr sırasında “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” xüsusi yer tutur. Fəaliyyət göstərdikləri müddət ərzində bu səyyar klinikalar yalnız Bakıda deyil, həm də regionlarda valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə edib.

Budəfəki səfərə qoşulan “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncədə yerləşən SOS Uşaq kəndində 70-dən çox uşağı müayinədən keçirib. Müayinə və ilkin müalicə tədbirlərindən sonra uşaqlara hədiyyələr təqdim edilib.

Səfərin davamında Azercell Telekom və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndə heyəti Gəncə Qaçqın qəsəbəsi, Gəncə Dəmiryol yataqxanası, Neft bazası, Asfalt zavodunun inzibati binasında məskunlaşan Xocalı, Ağdam, Kəlbəcər, Laçın və Şuşadan olan qaçqın və məcburi köçkün ailələr ilə görüşüb. Görüş zamanı 800 ailəyə şirkət tərəfindən müxtəlif məişət avadanlıqları hədiyyə edilib.

Yüksək texnologiyaların yaratdığı geniş imkanları təqdim edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində məcburi köçkünlərin qəsəbəsində keçirilən tədbirdə müxtəlif innovativ oyunlar, interaktiv əyləncələr yer alıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr verilib. Bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb.

Bu gün axşam isə Gəncə şəhərində həyata keçirilən sosial təşəbbüslərdən sonra şəhərin sakinləri və qonaqları Azercell-in təşkil etdiyi rəngarəng əyləncəli proqramdan zövq almaq imkanı qazanacaq.

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn tendensiya və trendləri hamı üçün əlçatan edən Azercell, iyul ayının 30-dan etibarən Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndində, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində “Rəqəmsal Dünyanı Yarat” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 100 mindən çox insanı bir araya toplayıb.

4G şəbəkəsini gücləndirən və genişləndirən Azercell, son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bu müddət ərzində şirkət əhali əhatəsi dairəsində 86,2%, coğrafi ərazi əhatə dairəsində isə 61,4% yüksəlişə, həmçinin günlük LTE data istifadəsində 49,6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artıma nail olub. Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell “Biznesim W-Fi” təklifini təqdim edib

“Azercell”in rəhbərliyi olimpiada qalibləri ilə görüşüb

Azercell dünyaca məşhur “Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir

Azercell-in “Mobil Göz Klinikası”-nda 900-dən çoxadam müayinə edilib

28 tələbə “Azercell” təqaüdçüsü” adına layiq görülüb

“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

"Azercell"in “Mobil Diş Klinikası” hesabatını açıqlayıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə ötən il ərzində 5061 müraciət daxil olub

Azercell İnnovativ "Mobil Ödəmə" xidməti tətbiq edib

“Azercell” Azərbaycanda İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edib

"Azercell" hesab-fakturanı tam rəqəmsallaşdırır

Azercell və Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bir ilkə imza atıblar

Azercell öz instaqram səhifəsində yarış keçirir

Azercell foto müsabiqə elan edib

Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

20 Fevral 2020, 13:09 (GMT +4)
Londonda Assanjın ekstradisiyası ilə bağlı texniki məhkəmə başa çatıb

20 Fevral 2020, 13:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Fevral 2020, 13:01 (GMT +4)
Tovuzda gənc müəllimlər üçün təlimlər keçirilib

20 Fevral 2020, 12:50 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracı azalıb

20 Fevral 2020, 12:41 (GMT +4)
Azərbaycanda dövlət xəstəxanalarında tibb fakültələri açılacaq

20 Fevral 2020, 12:35 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə 242 nəfər dəyəri yüksək olan əməliyyatlardan yararlanıb

20 Fevral 2020, 12:24 (GMT +4)
ABŞ Suriyadakı "Astana prosesinin" nəticəsiz qaldığını açıqlayıb

20 Fevral 2020, 12:23 (GMT +4)
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb

20 Fevral 2020, 12:16 (GMT +4)
XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqlayıb

20 Fevral 2020, 12:15 (GMT +4)
Azərbaycan Antiqua və Barbudaya yardım edib

20 Fevral 2020, 12:03 (GMT +4)
«Ən-Nusra» liderinin ələ keçirilən yeraltı qərargahının görüntüləri yayımlanıb (VİDEO)

20 Fevral 2020, 12:01 (GMT +4)
DOST Agentliyi könüllülük sahəsində beynəlxalq müsabiqənin qalibi olub

20 Fevral 2020, 11:58 (GMT +4)
Blumberq sosial şəbəkələrdə hər təşviqatçıya ayda 2,5 min dollar ödəyəcək

20 Fevral 2020, 11:52 (GMT +4)
Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə başlanılıb

20 Fevral 2020, 11:50 (GMT +4)
KİV: Yaponiyada kruiz gəmisində koronavirusa yoluxanlardan ikisi ölüb 

20 Fevral 2020, 11:42 (GMT +4)
İranda seçki qabağı sükut günü başlayıb

20 Fevral 2020, 11:41 (GMT +4)
Azərbaycanda icbari tibbi sığorta sahəsində görülən son yeniliklər açıqlanıb

20 Fevral 2020, 11:30 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

20 Fevral 2020, 11:27 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 82 nəfərə çatıb

20 Fevral 2020, 11:21 (GMT +4)
Gəncənin Baş planının hazırlanmasına start verilib

20 Fevral 2020, 11:11 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakıKart”a keçir

20 Fevral 2020, 11:07 (GMT +4)
Əfqanıstan seçkilərinin nəticələri hökuməti ikiyə bölüb, general Dostum da reaksiya verib

20 Fevral 2020, 11:04 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

20 Fevral 2020, 10:46 (GMT +4)
Almaniyada atışma zamanı 8 nəfər ölüb

20 Fevral 2020, 10:37 (GMT +4)
İranda milli pulun denominasiyası və sıfırların götürülməsi təsdiqlənib

20 Fevral 2020, 10:34 (GMT +4)
Yanvarda ölkədən 39,5 min tonadək metanol ixrac edilib

20 Fevral 2020, 10:30 (GMT +4)
Kanadada 200 avtomobil toqquşub, 60 nəfər xəsarət alıb

20 Fevral 2020, 10:25 (GMT +4)
Saleh Məmmədov vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66