Gürcüstan hava yollarının Rusiyaya olan borcu 1 milyon dollara çatıb27 Avqust 2019, 11:43 (GMT +4) Bakı, 27 avqust, SalamNews. Rusiya Nəqliyyat Nazirliyi Gürcüstan aviaşirkətlərinin Rusiyaya hava naviqasiya xidmətlərinə görə ümumi borcunun 1 milyon dollara çatdığını açıqlayıb.
SalamNews xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya sahəsində Dövlət Siyasəti İdarəsinin rəhbəri Svetlana Petrova məlumat verib.
Bundan əvvəl, Gürcüstan tərəfinin cərimələr istisna olmaqla, borc məbləği 792.5 min dollar və 592.3 min rubl təşkil edirdi.
Petrova vurğulayıb ki, on il əvvəl Gürcüstan borcun olmasına razılıq vermiş və onun ödənilməsi cədvəlini təqdim etmişdir. Ancaq Gürcüstan hava yolları tərəfindən müvafiq ödənişlər edilmir.
|