Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

27 Avqust 2019, 13:14 (GMT +4)

Bakı, 26 avqust, SalamNews.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

SalamNews-un xəbərinə görə, fətvada deyilir:

"Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.

Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər Fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın Fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanmışdır. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcəkdir. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcəkdir, inşallah!

Bu gün vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.

QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!

Vəssəlamu-əleykum və rəhmətullahi və bərəkətuhu!"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri Gürcüstan səfiri ilə II İliyanın Keşikçidağla bağlı məktubunu müzakirə edib

QMİ sədri: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

QMİ rəsmisi: Qurban bayramının xüsusiyyətlərindən biri din ayrı-seçkiliyinə yol verilməməsidir

AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

QMİ qurban kəsimi ilə bağlı tövsiyələrini açıqlayıb

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

QMİ sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

QMİ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

QMİ dini nikahla bağlı qaydaları pozan din xadimləri barədə cəza tədbirləri görəcək

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur - QMİ sədri

QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul edib

QMİ sədri KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

AQTA və QMİ arasında razılıq əldə olunub

QMİ sədri Dağıstana səfər edib

QMİ sədri İranın mədəniyyət naziri ilə görüşüb

21 Yanvar 2020, 18:45 (GMT +4)
Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

21 Yanvar 2020, 18:00 (GMT +4)
Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

21 Yanvar 2020, 17:48 (GMT +4)
Türkiyə İtaliya, Almaniya və Yunanıstanla birgə hərbi təlimlər keçirir

21 Yanvar 2020, 17:46 (GMT +4)
«Ən-Nusra» Hələbin qərb rayonlarına raket və mərmi atıb, ölənlər var

21 Yanvar 2020, 17:20 (GMT +4)
Türkiyə XİN rəhbəri: Ərdoğan Putini İdlibdəki hücumların dayandırılmasına kömək etməyə çağırıb

21 Yanvar 2020, 17:05 (GMT +4)
Generallar «Qırmızı Körpü» gömrük-sərhəd buraxılış məntəqəsində olublar

21 Yanvar 2020, 16:59 (GMT +4)
İran Ukrayna təyyarəsini vuran havadan müdafiə raketinin növünü açıqlayıb

21 Yanvar 2020, 16:52 (GMT +4)
Hindistanda cütlük toy hədiyyəsini açarkən partlayış baş verib 

21 Yanvar 2020, 16:45 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ-nin ixracı imkanları müzakirə edilib

21 Yanvar 2020, 16:25 (GMT +4)
AzTU-da vorkşop keçirilib

21 Yanvar 2020, 16:13 (GMT +4)
İtaliyada evlər 1 avroya satışa çıxarılıb

21 Yanvar 2020, 16:00 (GMT +4)
Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 15:58 (GMT +4)
Oman Sultanlığının XİN rəhbəri son iki həftədə ikinci dəfə olaraq Tehrana gedib

21 Yanvar 2020, 15:43 (GMT +4)
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66